SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqton Avropa ölkələrini çətin seçim qarşısında buraxır

© REUTERS / Jonathan ErnstABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
Mayk Pompeo: "Bütün dünya anlayır ki, sanksiyalar real və olduqca əhəmiyyətlidir"

BAKI, 5 noyabr — Sputnik. "ABŞ-ın İranla nüvə razılaşmasına dair sazişdən çıxması ilə bağlı Avropa biznesi ABŞ və ya İran şirkətləri arasında seçim etməyə məcbur olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlama verib. O bildirib ki, Avropa şirkətlərinə hər iki tərəflə biznes aparmağa imkan verilməyəcək.

"Avropa şirkətləri İrandan qaçır. Ölkəni 100-dən çox biznes nümayəndəsi tərk edib. Bütün dünya anlayır ki, sanksiyalar realdır, onlar olduqca əhəmiyyətlidir və bu sanksiyalar İran xalqına onların ürəkdən istədikləri dəyişiklikləri həyata keçirməyə imkan verəcək" - deyə Pompeo qeyd edib.

O, həmçinin xatırladıb ki, ABŞ gələcəkdə İran şirkətləri ilə əməkdaşlıq edənlərə sanksiya tətbiq edəcək.

Xəbər lenti
0