Müsəlmanların qəzəbinə səbəb olacaq daha bir qanun qəbul edilib

© AP Photo / Ebrahim NorooziМусульманские шииты плачут в священный день Ашуры в мечети Садат Ахави в Тегеране, Иран, в четверг, 20 сентября 2018 года
Мусульманские шииты плачут в священный день Ашуры в мечети Садат Ахави в Тегеране, Иран, в четверг, 20 сентября 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Mərkəzi İslam Şurası" qadınların üzlərini bağlamağa davam etməsi çağırışını edib

BAKI, 24 sentyabr — Sputnik. İsveçrənin Gallen əyalətində (kanton) üzü bağalayan niqab və digər örtülü geyimlərin qadağan edilməsini irəli sürən qanun layihəsi xalq səsverməsi ilə qəbul edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra əyalətdə yaşayan qadınlar niqab və hicab kimi üzü bağlayan geyimlər geyinə bilməyəcəklər.

Anastasiya İbrahimli, ağır atletika üzrə Avropa çempionu - Sputnik Azərbaycan
İDMAN
Anastasiya İbrahimli: “Hicabda özümü çox rahat hiss edirəm”

Bu addımın ictimai təhlükəsizlik baxımından atıldığı bildirilir. Bununla Gallen İsveçrədə analoji qanunun qəbul edildiyi ikinci kanton oldu. Daha öncə — 2013-cü ildə İsveçrənin, əhalisi italyan dilində danışan Ticino kantonunda niqabı qadağan edən qanun qəbul edilmişdi.

Buna baxmayaraq, İsveçrədə ən böyük İslam dərnəyi hesab edilən "Mərkəzi İslam Şurası" qadınların üzlərini bağlamağa davam etməsi çağırışını edib. Qeyd edilib ki, qanunun tətbiqinə başlanacağı təqdirdə hüquqi müstəvidə mübarizəyə başlayacaqlar.

Qeyd edək ki, İsveçrə mərkəzi hökuməti daha öncə ölkə ərazisində niqab qadağası ilə bağlı qərar çıxarmaqdan imtina etmişdi. Ancaq ölkədəki kantonların öz daxili qanunları var. Bu çərçivədə Gallen kantonunda qanun layihəsi bölgə xalqının 36 faizinin iştirakı ilə qəbul edilib.

Xəbər lenti
0