Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Anastasiya İbrahimli: “Hicabda özümü çox rahat hiss edirəm”

© AZƏRTACAnastasiya İbrahimli, ağır atletika üzrə Avropa çempionu
Anastasiya İbrahimli, ağır atletika üzrə Avropa çempionu - Sputnik Azərbaycan
Abunə olmaq
“Mən hicabsız da yarışlara çıxmışam, son zamanlar isə hicablıyam. Bir onu deyə bilərəm ki, hicabda özümü çox rahat hiss edirəm”

BAKI, 17 may — Sputnik. IV İslam Oyunlarında ağır atletika yarışları bu gün bitir. Yarış müddətində komandamıza qızıl medal qazandıraraq himnimizi səsləndirən ağır atletlərimizdən biri də Anastasiya İbrahimlidir. İdmançımız qələbəsi haqqında Sputnik Azərbaycan-a danışıb.

“Ağırlığı baş üzərinə qaldırmaq çox çətindir. Biz isə ağır məşq topantılarında çalışaraq bu çətinliyin öhdəsindən gələ bildik. Məqsədimiz qızıl medal qazanmaq idi” — İbrahimli bildirib.

İdmançımız yarışlara hicabla qatılmağından da danışıb. O, bildirib ki, hicabla yarışa qatılmaq daha rahatdır: “Mən hicabsız da yarışlara çıxmışam, son zamanlar isə hicablıyam. Bir onu deyə bilərəm ki, hicabda özümü çox rahat hiss edirəm”.

Xatırladaq ki, Anastasiya 69 kq çəkidə yarışıb. Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırıb. Toplam 219 kq (100+119) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib olub. Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2 rekordu yeniləyib.

Xəbər lenti
0