Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO, KTMT, Qoşulmama Hərəkatı: Gəmimiz aysberqlər arasında üzür

Abunə olmaq
Bakı həm Qərblə, həm Rusiya ilə, həm də digər ölkələrlə bərabər münasibətlər qurmaqda maraqlıdır

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə səfəri və Rusiya prezidenti Vladimir Putin ilə görüşü bir çox məqamlara aydınlıq gətirdi. Putin ölkəsinin bundan sonra da Azərbaycanın əsas probleminin həlli istiqamətində köməklik göstərməkdə davam edəcəyini bildirib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Vladimir Putini Azərbaycana dəvət etdi

"Əlbəttə, biz regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparmışıq, təbii ki, Dağlıq Qarabağ probleminə toxunmuşuq. Rusiya Minsk Qrupunun həmsədri kimi bu münaqişənin dinc yolla həll edilməsinə bütün mümkün köməklikləri göstərəcək" — Kreml başçısı deyib.

Prezidentlər danışıqların nəticəsinə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın genişlənməsini nəzərdə tutan sənədlər paketini imzalayıblar. Sənədlərin imzalanması mərasimi Soçidəki "Boçarov Ruçey" dövlət iqamətgahında baş tutub.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Bakı və Moskvanın hazırladıqları sənədlər paketi iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, tərəflər mal mübadiləsinin artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinə nail olmağı düşünürlər.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentini Bakıya səfərə dəvət edib: "Mən bir daha Vladimir Vladimiroviçə dəvətə görə, baş tutan fikir mübadiləsinə görə təşəkkür etmək istəyirəm və öz növbəmdə, sizə uyğun olan istənilən zaman Sizi Azərbaycana dəvət edirəm".

Bölgədə cərəyan edən proseslər fonunda Bakı Rusiya üçün mühüm bir ölkədir. Eyni zamanda, Kreml yeni Qarabağ savaşı ehtimalı ilə bağlı suallara cavab axtarır.

Cənubi Qafqazda müharibə Rusiyanın maraqlarına cavab vermir. Ukraynada davam edən böhran və qanlı hadisələr fonunda keçmiş SSRİ məkanında yeni savaş arzuedilən deyil. Digər tərəfdən, yeni Qarabağ savaşı başlayarsa, Ankaranın tuta biləcəyi mövqe də Rusiya ilə Türkiyənin münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər.

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor: “Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin potensialı indikindən yüksəkdir”

Daha bir məqam ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasındakı müharibə Şimali Qafqaza keçə bilər. Şimali Qafqazda yaşayan müsəlmanların Azərbaycana yardım tələbi bu bölgədə yeni kataklizmlərə gətirib çıxara bilər.

Lakin Bakı heç bir halda Moskva ilə qarşıdurma yaşamaq niyyətində deyil. Unutmaq olmaz ki, Yerevan Bakını hədələyəndə həmişə Rusiya amilini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yada salır. Elə bu səbəbdən Azərbaycanın hərb yoluna müraciət edəcəyi təqdirdə Rusiyanın da hərb maşınının işə düşəcəyini bildirir. Bakı isə Moskvadan silah almaqla və RF prezidentini Azərbaycana səfərə dəvət etməklə proseslərin bu məcraya yönəlməsinə imkan vermir.

Düzdür, Azərbaycanla Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə var. Amma buna baxmayaraq, böyük Qafqaz müharibəsinin ehtimalı o qədər də yüksək deyil.

Bakı Qərbə də arxayın deyil. Azərbaycandan fərqli olaraq Gürcüstanın ərazi bütövlüyü həmişə Qərb tərəfindən müdafiə edilib. Artıq indidən aydındır ki, Azərbaycanın müharibəyə başlayacağı təqdirdə Qərb dövlətləri Bakını müdafiə etməyəcək.

Bakı güzəştlərə getməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Alan modeli, Tirol modeli, İspaniya, İrlandiya modeli, Tatarıstan modeli üzərində də düşünmək mümkündür. Bununla belə, Azərbaycan öz hərbi gücünü artırır. Azərbaycan tərəfindən Rusiyadan alınan hərbi təyinatlı məhsulların dəyəri olduqca yüksəkdir və gələcəkdə də bu prosesin genişləndirilməsi əsas hədəflərdən biridir.

Ermənistanın bu məsələyə çox qısqanclıqla yanaşdığını nəzərə almalıyıq. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Almaniyaya səfəri zamanı Angela Merkelə Vladimir Putindən şikayət etmişdi. O, Rusiyanın Azərbaycana silah satması ilə Ermənistanı çıxılmaz vəziyyətə qoyduğunu iddia etmişdi.

Azərbaycanın xarici siyasət konsepsiyası rəsmən balanslaşdırılmış siyasət üzərində qurulub. Bu, o deməkdir ki, Azərbaycan həm Qərblə, həm də Rusiya və digər ölkələrlə möhkəm və effektli münasibətlər qurmağa çalışmalıdır. Ancaq ilk illərdə Azərbaycandan asılı olmayan səbəblərdən bu yanaşma o qədər də effekt vermirdi. Ona görə ki, Qərb ölkələri ilə Azərbaycanın əməkdaşlığı ilk gündən alındı və neft müqavilələri, Azərbaycanın apardığı digər siyasi layihələri Qərblə münasibətləri kifayət qədər yüksək səviyyəyə qaldırmışdı.

Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Bu baxımdan, Azərbaycan balanslaşdırılmış siyasət aparır. Azərbaycan həm Qərblə, həm Rusiya ilə, həm də digər ölkələrlə bərabər münasibətlər qurmaqda maraqlıdır. Bütün bu siyasət çərçivəsində hansısa bir hərbi bloka daxil olmaq, əslinə qalsa, müzakirə predmeti olmamalıdır. Nə KTMT, nə NATO üzvlüyü ilə bağlı Bakı niyyətini açıqlayır. NATO son dövrlərə qədər dünyada ən güclü hərbi blok sayılırdı, lakin artıq vəziyyət dəyişir. Belə bir vəziyyətdə Azərbaycan müstəqil siyasət aparmağa məcburdur…

Xəbər lenti
0