Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor: “Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin potensialı indikindən yüksəkdir”

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir

Elşad Məmmədov: “Rusiya iqtisadi əlaqələrimiz strateji xarakter daşıyır”
Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında birgə bəyanat imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir:

“Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırki vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.

Professorun geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz. 

Xəbər lenti
0