SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putini Azərbaycana dəvət etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Sənədlərin imzalanması mərasimi Soçidəki “Boçarov Ruçey” dövlət iqamətgahında baş tutub

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri davam edir. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ problemi də müzakirə olunub.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin bundan sonra da problemin həlli istiqamətində köməklik göstərməkdə davam edəcəyini bildirib: "Əlbəttə, biz regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparmışıq, təbii ki, Dağlıq Qarabağ probleminə toxunmuşuq. Rusiya Minsk Qrupunun həmsədri kimi bu münaqişənin dinc yolla həll edilməsinə bütün mümkün köməklikləri göstərəcək".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib

Prezidentlər danışıqların nəticəsinə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın genişlənməsini nəzərdə tutan sənədlər paketini imzalayıblar. Sənədlərin imzalanması mərasimi Soçidəki "Boçarov Ruçey" dövlət iqamətgahında baş tutub.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Bakı və Moskvanın hazırladıqları sənədlər paketi iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, tərəflər mal mübadiləsinin artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinə nail olmağı düşünürlər.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidentini ona uyğun olduğu zamanda Bakıya səfərə dəvət edib: "Mən bir daha Vladimir Vladimiroviçə dəvətə görə, baş tutan fikir mübadiləsinə görə təşəkkür etmək istəyirəm və öz növbəmdə, sizə uyğun olan istənilən zaman Sizi Azərbaycana dəvət edirəm".

Xəbər lenti
0