Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan qonşu dövlətlərin maraqlarını nəzərə almaya bilmir

© Photo : ADY mətbuat xidmətiAstara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə yola salınan ilk sınaq yük qatarı
Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə yola salınan ilk sınaq yük qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan rəhbərliyi Rusiya və İranla birgə layihələrdən əl çəkmək niyyətində deyil, amma ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi qarşısındadır

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. ABŞ-ın Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycanı həssas vəziyyətə salıb. Çünki qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı gözardı edərək milli iqtisadiyyatda əhəmiyyətli irəliləyişə nail olmaq mümkün deyil. Digər tərəfdən də, ABŞ-ın sanksiyaları qapıdadır.

Unutmaq lazım deyil ki, Azərbaycan hakimiyyəti son illərdə təkcə aparıcı Qərb dövlətləri tərəfindən dəstəklənən "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirmir, həm də İran və Rusiya ərazisindən keçən "Şimal-Cənub" nəqliyyat layihəsini də həyata keçirir.

"Şimal-Cənub" nəqliyyat layihəsi çərçivəsində Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmiryolunun İran ərazisindən keçən hissəsinin tikintisinin başa çatdırılması üçün yarım milyard dollar kredit verib. 

Müslüm İbrahimov - Sputnik Azərbaycan
İqtisadçı: “Cənub Qaz Dəhlizi” Azərbaycanın mövqeyini gücləndirib”

Rəsmi Bakıya İranla birgə layihələri dondurmaq sərf eləmir. Son illər yeni marşrutlar üzrə yük axını hesabına Azərbaycan tranzit ölkə kimi nəzərəçarpacaq uğurlar əldə edib.

30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol marşrutu fəaliyyətə başlayandan sonra Azərbaycan ərazisindən təkcə Mərkəzi Asiya ölkələrindən deyil, Rusiyadan da Türkiyəyə yük axını göndərilməyə başlanıb. Astara (Azərbaycan) — Astara (İran) dəmiryolunun tikintisi başa çatandan və martın 29-da onun rəsmi açılışı olandan sonra Rusiyadan da yüklər İrana onun vasitəsilə daşınıb. Qeyd etmək lazımdır ki, ötən il iyunun 14-də İranın paytaxtında "Azərbaycan Dəmir Yolları" (ADY) ASC ilə "İran Dəmir Yolları" qurumu arasında bağlanan sazişə əsasən ADY 1,4 kilometr yolu 15 il müddətinə, eləcə də İran Astarasında tikilməkdə olan terminalı 25 illik müddətə icarəyə götürüb.

Yeri gəlmişkən, Azərbaycan hökuməti ADY ASC-nin fəaliyyətini yaxşılaşdırmaq və Bakı-Yalama dəmir yolunun (Rusiya ilə sərhəd) təmiri məqsədilə 325 milyon dollar dəyərində kredit cəlb etməyə hazırlaşır.

Azərbaycan Rusiya və İran prezidentləri ilə 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda keçirilən iqtisadi və siyasi məsələlərin müzakirəsinə həsr olunmuş üçtərəfli görüş zamanı planlaşdırılmış regional layihələrdən uzaqlaşmaq niyyətində deyil. 

Bakı-Tbilisi-Ceyhan neft kəməri - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qazaxıstan Azərbaycan ərazisindən neft ixrac edəcək?

Yalnız ABŞ-ı qıcıqlandırmamaq üçün Azərbaycan hökuməti regional, ilk növbədə də İranla birgə olan layihələri açıb-ağartmağa can atmır.

İranla Xəzərdə neft və qaz bloklarının işlənməsinə, yaxud bank-maliyyə sektorunun inkişafına yönəldilmiş bir sıra birgə layihələrin planlaşdırılmasına baxmayaraq, rəsmi Bakı ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalmamaq üçün hər şeyi ciddi surətdə nəzərə almaq məcburiyyətindədir.

Beləliklə, Azərbaycanın İran və Rusiya ilə əməkdaşlığı zəruridir, lakin bu, ABŞ-ın sanksiyaları ilə qarşılaşmaq təhlükəsi altında həm də böyük risklidir.

2000-ci il sentyabrın 12-13-də Sankt-Peterburqda keçirilən nəqliyyat məsələlərinə dair II Beynəlxalq Avrasiya Konfransı çərçivəsində Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək Rusiya, İran və Hindistan arasında mənzil-qərargahı Tehranda olacaq "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında saziş imzalanıb. 2005-ci il sentyabrın 20-də Azərbaycan da öz geosiyasi və geoiqtisadi maraqlarından çıxış edərək bu layihəyə qoşulmağa razılıq verib. 2016-cı il aprelin 20-də Azərbaycanla İran sərhədində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu körpüsünün tikintisinə start verilib. Bəhs olunan nəqliyyat-kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək, Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas limanına çatdırılmasını, buradan da dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. 

Bakı-Tbilisi - Qars dəmir yolu - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycan və Qazaxıstan dəmir yollarının gələcək inkişafı nə vəd edir?

Hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizində yerləşən Yalama-Astara dəmir yolu vasitəsilə ilkin mərhələdə 5 milyon ton yükün daşınması mümkündür. Proqnozlara görə, növbəti mərhələdə yük daşınmalarının həcmi 10-15 milyon tonadək artırılacaq. Bu yolun tam gücü ilə işləməsi üçün o, təhlükəsizlik standartlarına uyğun olmalıdır və bunun üçün bir sıra texniki tədbirlər görülməlidir.

"Şimal-Cənub" BND-nin digər marşrutlarla müqayisədə əsas üstünlüyü yüklərin daşınma məsafəsinin və müddətinin iki-üç dəfə az olmasıdır. Əgər yüklər dəniz yolu ilə İran körfəzi-Süveyş kanalı-Aralıq dənizi-Baltik dənizi marşrutu üzrə Helsinkiyə daşınsaydı, bunun üçün 45-60 gün müddət tələb olunardı. Lakin "Şimal-Cənub" dəhlizi il, bu, 20-25 günə başa gəlir.

Xəbər lenti
0