Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı: “Cənub Qaz Dəhlizi” Azərbaycanın mövqeyini gücləndirib”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, enerji layihələri ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasını təmin edib

Ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanın mövqeyini gücləndirib”
ABŞ-ın İrana qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda deyilir.

Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan həyata keçirdiyi böyük enerji layihələri ilə beynəlxalq aləmdə özünü tanıda bilib: 

“Azərbaycan Cənubi Qafqaz regionunun geo-siyasi və iqtisadi konturlarının müəyyən edilməsinə təsir edə bilir. Bu layihələr Azərbaycanın böyük dövlətlərlə sıx əməkdaşlıqlarının qurulmasına şərait yaradıb. Layihələr ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasını təmin edib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın mövqeyini gücləndirib. Bu layihələr Azərbaycanı geo-iqtisadi məkanda söz sahibinə çevirib. Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm iqtisadi nüfuzunu yüksəldir”, — deyə ekspert bildirib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0