BAKI, 28 avqust — Sputnik. Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirə bilər.
Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
K.Bozumbayevin sözlərinə görə, hazırda bu məsələ gündəlikdə deyil. Lakin gələcəkdə bu cür tədarük imkanı istisna olunmur:
"Hazırda Qazaxıstanın kifayət qədər ixrac gücü olduğu üçün Azərbaycan vasitəsilə tranzit məsələsi gündəlikdə deyil. Amma gələcəkdə Qazaxıstanda karbohidrogen xammalının hasilatının artması ilə, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracının iqtisadi məqsədəuyğunluğu müəyyən olunarsa, bu məsələ maraqlı tərəflərlə nəzərdən keçirilə bilər".