Önəmli hərbi tədbirin startı verildi

© Sputnik / Murad OrujovВ Азербайджане прошла церемония открытия международного конкурса "Кубок моря-2018"
В Азербайджане прошла церемония открытия международного конкурса Кубок моря-2018 - Sputnik Azərbaycan
Abunə olmaq
Mərasimdə Rusiya, Qazaxıstan və İranın Azərbaycanda olan diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Bakıda Beynəlxalq ordu oyunları çərçivəsində "Dəniz kuboku — 2018" açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində Azərbaycan, Rusiya, Qazaxıstan və İran dənizçiləri iştirak edib. 

Mərasimdə həmçinin Rusiya, Qazaxıstan və İranın Azərbaycanda olan diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak edib. 

Sonra “Dəniz Kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Yarışın baş hakimi 1-ci dərəcəli kapitan Həbib Xəlilovdur.  

İranın hərbi gəmiləri Bakıya gəlib - Sputnik Azərbaycan
Daha bir qonşu ölkənin hərbi gəmiləri Bakıda - VİDEO

Müsabiqə iştirakçıları — Rusiya Federasiyası Xəzər donanmasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb. 

Sonda isə 4-cü Beynəxlaq Ordu Yarışlarının və "Dəniz Kuboku 2018"in bayraqları qaldırlıb.

Açılış mərasimində çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. O, vurğulayıb ki, ötən il Azərbaycan Hərbi Dəniz Qüvvələri uğurla çıxış edərək Rusiya Xəzər donanmasının filotiliyası ilə birgə birinci yeri bölüşüb.

© Sputnik / Murad OrujovBakıda Beynəlxalq ordu oyunları çərçivəsində "Dəniz kuboku — 2018" açılış mərasimi keçirilib
Bakıda Beynəlxalq ordu oyunları çərçivəsində Dəniz kuboku — 2018 açılış mərasimi keçirilib - Sputnik Azərbaycan
1/4
Bakıda Beynəlxalq ordu oyunları çərçivəsində "Dəniz kuboku — 2018" açılış mərasimi keçirilib
© Sputnik / Musa MuradliBakıda Beynəlxalq ordu oyunları çərçivəsində "Dəniz kuboku — 2018" açılış mərasimi keçirilib
Bakıda Beynəlxalq ordu oyunları çərçivəsində Dəniz kuboku — 2018 açılış mərasimi keçirilib - Sputnik Azərbaycan
2/4
Bakıda Beynəlxalq ordu oyunları çərçivəsində "Dəniz kuboku — 2018" açılış mərasimi keçirilib
© Sputnik / Murad OrujovBakıda Beynəlxalq ordu oyunları çərçivəsində "Dəniz kuboku — 2018" açılış mərasimi keçirilib
Bakıda Beynəlxalq ordu oyunları çərçivəsində Dəniz kuboku — 2018 açılış mərasimi keçirilib - Sputnik Azərbaycan
3/4

4/4

Müdafiə nazirinin müavini general leytenant Kərəm Vəliyev isə Azərbaycan hərbçilərinin Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən Beynəlxalq Ordu yarışlarında ilk illərdən çıxış edib və yarışa qatılan ölkələrinin sayının hər il artığını vurğulayıb. Müdafiə nazirinin müavini eyni zamanda qeyd edib ki, bu yarışlar nyinki hərbi təlimlərə bərabər hətta əksər hallarda onlardan üstündür. 

Пограничная вышка наблюдения, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Sensasiya: Ermənistan Rusiya ilə hərbi ittifaqdan çıxa bilər

Bu gün həmçinin üç mərhələ, 6 epizodda keçiriləcək "Dəniz Kuboku —2018"in püşkataması keçirilib. 

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları — 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Xəbər lenti
0