BAKI, 25 iyul — Sputnik. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku — 2018" beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin "Peykan" və "Cövşən" raket katerləri iyulun 25-də Bakıya gəliblər. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.
© AR Ministry of Defenseİranın hərbi gəmiləri Bakıya gəlib
İranın hərbi gəmiləri Bakıya gəlib
Qeyd edək ki, iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2018" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.