Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Rəsmi Bakı işğal edilmiş ərazilərini azad etmək niyyətindədir – NATO ilə və NATO-suz...

© Official website of President of Azerbaijan RepublicAzərbaycan xüsusi təyinatlıları Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda, 26 iyun 2018-ci il
Azərbaycan xüsusi təyinatlıları Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda, 26 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqının zərurətdən irəli gəldiyini anlayır

BAKI, 15 iyul — Sputnik. "Biz Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizə sadiqliyimizi bir daha vurğulayırıq". Bu barədə NATO-ya üzv ölkələrin liderlərinin Brüsseldəki sammitinin yekunlarına dair bəyannaməsində bildirilir.

Deklarasiyada qeyd olunur ki, NATO bütün tərəfdaşlarının heç bir təzyiq və məcburiyyət olmadan öz xarici siyasət kurslarını, həmçinin təhlükəsizlik siyasətində müstəqil və suveren qərarlar vermək hüququnu dəstəkləyir.

"Bu kontekstdə biz Cənubi Qafqazda, həmçinin Moldova Respublikasında münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, BMT nizamnaməsi və Helsinki Yekun Aktı əsasında dinc yolla həllinə istiqamətlənən səyləri dəstəkləməyə davam edirik. Biz tərəfləri münaqişələrin sülh yolu ilə həlli üçün gücləndirilmiş siyasi iradə göstərərək konstruktiv şəkildə işləməyə çağırırıq" — deyə bəyannamədə vurğulanır.

Pentaqon - Sputnik Azərbaycan
ABŞ-dan NATO üzrə müttəfiqi barədə tarixi qərar

Qeyd edək ki, bir neçə gün öncə Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu sammiti keçirilib. Sammitdə 54 rəsmi nümayəndə heyəti iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün dünən Belçikada olub.

Tədbirin ilk günündə üzv ölkələrin liderləri terrorizmlə mübarizədə NATO-nun rolunun artırılması ilə bağlı təkliflər verib, NATO-nun yüzlərlə təlimçisinin iştirakı ilə İraqda yeni təlim missiyasının başlanmasına razılıq veriblər.

Sammitin gedişində müttəfiqlər paytaxtı Skopyen olan Şimali Makedoniya Respublikasını NATO-nun 30-cu üzvü olmağa dəvət ediblər.

Vurğulayaq ki, Azərbaycan Avro-Atlantik məkana inteqrasiya yolu tutmuş bir ölkə kimi NATO ilə əməkdaşlıqda maraqlıdır. Onu da unutmamaq lazımdır ki, Bakının strateji müttəfiqi olan Ankara NATO-nun strateji planlarında mühüm rol oynayır. Türkiyənin yerləşdiyi regionda baş verənlər dünya siyasətinə böyük təsir göstərir. Bu baxımdan, Türkiyə NATO üçün önəmlidir. Lakin son vaxtlar NATO-nun Türkiyə ilə münasibətlərinin gərginləşməsi ümumi strategiyanın bölgədə gerçəkləşməsinə əngəl törədir. Azərbaycan NATO üzvü olan Türkiyə ilə birgə təlimlərdə iştirak edir. Lakin Bakı Alyansın hər təklifinə "hə" deyə bilməz. Azərbaycan Moskva və Tehranın reaksiyasını da nəzərə almalıdır. Azərbaycan hakimiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmir. Buna baxmayaraq, NATO istər-istəməz Azərbaycan sərhədlərinə yaxınlaşır və yaxın gələcəkdə rəsmi Bakı seçim etməli olacaq. Belə ki, ABŞ-ın Gürcüstanda kiçik miqyaslı hərbi bazasının formalaşdırması da mümkündür. NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. NATO ən azı Azərbaycandan keçən boru xətlərinin mühafizəsi məsələsində Bakı ilə dialoqu genişləndirməyə ümidlidir. Digər tərəfdən, NATO sturkturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yanaşmasına dəstək verirlər.

NATO-nun bu yanaşması istər-istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir. Lakin Bakı Alyansla birbaşa əməkdaşlıq etmək niyyətində deyil.

Rəsmi Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat edir və NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir və bu zaman Azərbaycan hakimiyyəti Rusiyanın və İranın da mövqeyini nəzərə alır. Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığına qarşı olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Ən azı ona görə ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Kreml eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqının da zərurətdən irəli gəldiyini anlayır. Bu baxımdan Azərbaycan Türkiyənin dəvət etdiyi bütün birgə hərbi təlimlərdə iştirak edir. Əslində, Bakı coğrafi şəraitindən faydalanmaq istəyir. Lakin NATO ölkələrinin işğal edilmiş Azərbaycan əraziləri məsələsində Bakıya verdiyi dəstək bəyanatlardan uzağa getmir. Bakı isə işğal altında olan öz ərazilərini azad etmək niyyətindədir. NATO ilə və NATO-suz…

Xəbər lenti
0