ABŞ-dan NATO üzrə müttəfiqi barədə tarixi qərar

© AP Photo / Charles DharapakPentaqon
Pentaqon - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Almaniyada yerləşən hərbçiləri geri çağırmağı planlaşdırır

BAKI, 1 iyul — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Almaniyada yerləşən hərbçiləri geri çağırmağı planlaşdırır.

Sputnik Azərbaycan "Timetürk"ə istinadən verdiyi xəbərə görə, 35 min əsgərin ABŞ-a geri qayıtması və ya Polşada müvəqqəti müddətə yerləşdirilməsi planlaşdırılır.

Amma, Pentaqonun üzərində çalışdığı bu ideya, Milli Təhlükəsizlik Şurası tərəfindən rədd edilir və belə bir şeyin mümkün olmadığını müdafiə edir. Pentaqon sözçüsü Erik Pahon da belə bir geri çəkilmənin olmadığını müdafiə edib. Pahon, Amerikanın həm Almaniyaya, həm də NATO-ya qarşı belə bir məsuliyyətinin olduğunu deyib.

ABŞ prezidenti Tramp, NATO və Ümumdünya Ticarət Təşkilatından ayrılmağı prezident seçkilərindən bəri planlaşdırırdı. Tramp "Əvvəl ABŞ" fikrini irəli sürür.

Xəbər lenti
0