CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Protokol ləğv edilir, cərimə yazılması qaydası dəyişir, piyadaların cəriməsi artırılır

Abunə olmaq
Texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq

BAKI, 29 iyun — Sputnik. "Bu gün Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində qeyd edib.

YPX əməkdaşı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polislərinə "daha çox yaz, daha çox qazan" imkanı və 5 min manatadək aylıq qazanc

O bildirib ki, dəyişikliklərin əsas tezisləri aşağıdakı kimidir:

1. Sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzələnir, yəni gələcəkdə sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.

2. Həmin elektron qərar yalnız real vaxt rejimində (qayda pozulan kimi avtomatik) tərtib edilməlidir. Yəni indi bəzi hallarda yol verildiyi kimi, kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində (dərhal, onlayn) tərtib edilməyən qərar etibarsız və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad olunacaq.

3. Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq.

4. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər.

Женщина за рулем автомобиля - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücüləri "boğaza yığan" problemlərdən birinin həll yolu göstərildi

5. Bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər).

6. Texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq.

7. Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur.

8. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün cərimə artırılır (20 manat əvəzinə 40 manat) və s.

Xəbər lenti
0