CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömürlük həbs olunanların son arzusu yerinə yetiriləcəkmi?

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ rayonunun Umbakı qəsəbəsində tikilən yeni həbsxanada istehsalat nəzərdə tutulub və məhbuslar işləyəcəklər

BAKI, 27 iyun — Sputnik. Qobustan qapalı həbsxanasının ömürlük cəzaya məhkum dustaqları işləmək istəyirlər. Bu barədə Sputnik Azərbaycan-a məhbusların qohumları məlumat veriblər.

Onların sözlərinə görə, "ömürlük"lərin arasında təxminən 20 il və daha çox həbsxana həyatı yaşamış insanların sayı az deyil. Onlar özlərini məşğul edə bilməmək və cəmiyyətə fayda verə bilməməkdən çox əziyyət çəkirlər. Bundan əlavə, dustaqlar artıq Penitensiar xidmətə müvafiq xahişlə müraciət ediblər. 

Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı səfirin oğlu sərhədi keçərkən həbs edildi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Sputnik Azərbaycan-a bildirib ki, Qobustan qapalı həbsxanasında istehsal yoxdur. Burada dustaqlar yalnız məhbuslara xidmət sahəsində məşğuldurlar. Yəni, camaşırxana və yeməkxanada. Bu işlə isə daha yüngül cinayətlərə görə cəza çəkənlər məşğul olurlar.

Lakin Qaradağ rayonunun Umbakı qəsəbəsində tikilən yeni həbsxanada istehsalat nəzərdə tutulub və məhbuslar işləyəcəklər.

"Qobustan həbsxanası 20 il əvvəl Şuşa Ermənistan tərəfindən işğal olunandan sonra təcili şəkildə tikilib. Orada iş üçün belə şərait yoxdur. Yeni həbsxananın nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Hər şey maliyyədən asılıdır. Tikinti işləri demək olar ki, başa çatıb. Digər həbsxanaların tikintisində də vəziyyət eynidir" — Sadıqov bildirib.

Qeyd edək ki, həmin illərdə Azərbaycanda yeganə “qapalı” həbsxana Şuşada olub və o, çarın dövründə tikilib. 1992-ci ilin mayında Şuşa işğal olunub. Lakin Azərbaycan tərəfi oradakı həbsxanada olan məhbusların əsas hissəsini çıxara bilib. 

Həmin məhbuslar üçün yer axtarılarkən Qobustanda fəaliyyət göstərən koloniya xüsusi təhlükəli cinayətkarları saxlamağa başlayan bir həbsxanaya çevrilib. 

Александр Саргсян - Sputnik Azərbaycan
Ermənistanda Sarqsyan həbs olundu - VİDEO

Sadıqovun sözlərinə görə, bir sıra penitensiar müəssisələrdə tikiş istehsalı və ağac emalı var. 

Penitensiar sistemin rəhbərliyi iş adamlarını burada istehsal imkanlarının yaradılmasına cəlb etməyə çalışır.

Qeyd edək ki, hazırda Qobustan qapalı həbsxanasında ömürlük həbs cəzası almış 270 məhbus yatır. Onlardan 64-ü 90-cı illərdə ən ağır cəza növü olan ölüm cəzasına məhkum edilib. Lakin 10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilib. Ölümə məhkum edilmiş və cəzanın icrasını gözləyən 128 məhbusun cəzası ömürlük həbslə əvəz edilib. Ölüm, cəzanın mümkün formalarından biri kimi Azərbaycan Cinayət Məcəlləsindən çıxarılıb.

Xəbər lenti
0