Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı səfirin oğlu sərhədi keçərkən həbs edildi

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaqın məlumatına görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır

BAKI, 22 iyun — Sputnik. Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğlunu həbs ediblər. Sputnik Azərbaycan fontanka.ru-ya istinadən xəbər verir ki, Emil Osmanov qeyri-qanuni bank fəaliyyətində ittiham olunur.

Məlumata əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu "Toyota Camry" avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və Rusiya tərəfinə təhvil verilib. Konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqın məlumatına görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır. Hər ay hüquqi şəxslərin nəzarətində olan qrupun hesablarından, təxminən, 150 milyon rubl nağlaşdırılırmış. Nağdlaşdırılmaya görə komissiya 10 faizə qədər olub.

Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti") maddəsi üzrə cinayət işi Peterburqun Sentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Xəbər lenti
0