Ermənistanda Sarqsyan həbs olundu - VİDEO

© SputnikАлександр Саргсян
Александр Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bu gün Aleksandr Sarqsyanla əlaqəli olan "Ellips" və "Sekyuriti drim" şirkətlərində axtarış həyata keçirilib

BAKI, 25 iyun — Sputnik. Ermənistanın eks-prezidenti, sabiq baş nazir Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinərək polis bölməsinə aparılıb.

Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin İctimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəhbəri Aşot Aqaronyan deyib. 

Bir müddət əvvəl sosial şəbəkədə Aleksandr Sarqsyanın həbsinin kadrları yayılıb.

Qeyd edək ki, bu gün Aleksandr Sarqsyanla əlaqəli olan "Ellips" və "Sekyuriti drim" şirkətlərində axtarış həyata keçirilib. Polisin məlumatına əsasən, bu şirkətlərin rhbərliyi külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Sözügedən şirkətlər yollarda kamera və radarların quraşdırılması ilə məşğuldurlar.

Xəbər lenti
0