Beynəlxalq qalmaqal: Amerika xüsusi xidmətləri məşum cinayəti gizlətməyə çalışır

© Sputnik / Valery Melnikov / Mediabanka keçidДиректор ФГУП "Антидопинговый центр" Григорий Родченков
Директор ФГУП Антидопинговый центр Григорий Родченков - Sputnik Azərbaycan
Abunə olmaq
Rus idmançıların dopinqə görə cəzalanmasına səbəb olan şəxs intihara cəhd edib

BAKI, 27 iyun — Sputnik. Ümumdünya Antidopinq Agentliyinin (WADA) Moskva antidopinq laboratoriyasının sabiq rəhbəri və informator Qriqori Rodçenkov özünü öldürməyə cəhd edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RT teleqram-kanalına Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti Aleksandr İonov bildirib.

""İnformasiya Komitənin xətti ilə ABŞ-dan olan həmkarlarımdan birindən alınıb" — İonov deyib. O, qeyd edib ki, hadisənin təfərrüatları Amerikanın xüsusi xidmət orqanları tərəfindən gizlədilir. 

Лаборатория допинг-контроля. Архивное фото - Sputnik Azərbaycan
İDMAN
Olimpiadada ilk dopinq qalmaqalı baş verdi

Əldə olunan məlumata görə, insident iyunun 19-da Vaşinqtonda Federal Təhqiqatlar Bürosunun Rodçenkov üçün kirayələdiyi mənzilində baş verib. Moskva antidopinq laboratoriyasının sabiq rəhbərini ölümcül vəziyyətdə idarənin əməkdaşları tapıblar və xilasetmə xidməti olan "911" nömrəsinə zəng ediblər. Bundan sonra Rosçenkov psixonevroloji klinikaya aparılıb.

İonovun fikrincə, hazırda Rodçenkov güclü daxili gərginlik keçirir və təzyiq hiss edilir. Ona Rusiya əleyhinə ifadə verməsi üçün Amerika məhkəməsi və xüsusi xidmətləri təzyiq göstərir.

"Görünür, şəxsiyyəti ətrafında qaldırılmış səs-küyə və belə ciddi ittihamlara Rodçenkovun əsəbləri tab gətirməyib" — deyə İonov bildirib.

2016-cı ildə Rodçenkov New York Times nəşrinə Soçidə keçirilən Olimpiya Oyunları zamanı rusiyalı idmançıların dopinqlə bağlı qaydaları pozması barədə danışmışdı. Bu açıqlamalar WADA və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən araşdırılmanın başlanmasına səbəb olub. Nəticədə BOK antidopinq qaydalarını pozduğuna görə Rusiyanın 43 idmançısının Olimpiada-2014-də əldə etdiyi nəticələrini ləğv etmiş və onları Olimpiya Oyunlarından ömürlük uzaqlaşdırmışdı.

Sonradan, İdman Arbitraj Məhkəməsi 28 rus idmançının apellyasiya şikayətini təmin etmişdi. Daha 11 idmançı da məhkəməyə apellyasiya şikayəti verib.

Rusiya rəhbərliyi dəfələrlə Rodçenkovun bəyanatlarını təkzib edib.

Xəbər lenti
0