Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məğlubların yeni məğlubiyyəti: Kimin yanında olacaqlarını bilmədilər

© REUTERS / Osman OrsalПредвыборный плакат Эрдогана в Стамбуле, 13 июня 2018 года
Предвыборный плакат Эрдогана в Стамбуле, 13 июня 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
İncənin Ərdoğanı tələm-tələsik təbrik etməsi də bu gerçəklikdən xəbər verirdi

BAKI, 26 iyun — Sputnik. Türkiyədə prezident seçkilərində möcüzə baş vermədi. Bu dəfə də Ərdoğan qazandı. Böyük ehtimalla deyə bilərik ki, bu, Ərdoğanın son seçkiləri idi.

Seçki öncəsi vəziyyət elə də sabit deyildi və Vaşinqtonun iqtisadi zərbələri Türkiyəni iqtisadi böhrana sürükləyirdi. İqtisadi böhran dərinləşsə idi, AKP-nin qələbəsi xeyli dərəcədə qəlizləşə bilərdi. Lakin Suriya və ətrafında baş verən proseslərdə Ərdoğan Ankaranı güc sahibinə çevirə bildi. Nəzərlər Vaşinqtonda idi. Dünya ağalığına iddia edən Birləşmiş Ştatlar özünün dəfələrlə sınaqdan çıxartdığı "dollar zərbələri" və "idarəolunan xaos" nəzəriyyəsini işə salsaydı, vəziyyət qəlizləşərdi. Lakin seçkiyə günlər qalmış Ankara terror yuvası Qəndilə zərbələr endirməyə başladı. Vaşinqtonun narazılığı olmadı və əksinə "Sem dayı" "Davos fatehi"nə siyasətə yaxın olanların asanlıqla görə biləcəyi əli uzatdı.

Предвыборный плакат Эрдогана в Стамбуле, 13 июня 2018 года - Sputnik Azərbaycan
Rəsmi: Ərdoğan Türkiyə prezidenti seçildi

Ərdoğanın xarici təhdidləri yox idi və daxildə də reytinqi qələbə qazanmağa kifayət edirdi. CHP sədrliyinə mübarizədə məğlub olan Məhərrəm İncənin ölkə başçılığı uğrunda savaşda Ərdoğana qalib gələcəyi ehtimalı yox idi. Olduqca zəif siyasətçi olan Kamal Kılıcdaroğluna partiyadaxili seçkidə məğlub olan İncənin seçkilərdə göstərdiyi performans alınmışdı. Lakin bəlli idi ki, zəif, qətiyyətsiz Məhərrəm İncənin bu dərəcədə həssas məqamda Ərdoğan kimi bir siyasi liderə, Fətullah Gülən kimi bir nəhəngin 40 illik imperiyasını darmadağın etmiş bir siyasətçiyə qalib gələcəyini düşünmək ağılsızlıq olardı. Bunu hər kəs dərk edirdi. CHP üzvləri belə Ərdoğanın qələbəsini qaçılmaz adlandırırdılar.

Deyəsən, istisnalar da var idi. Azərbaycanın bəzi müxalifət partiyaları seçki başlayan kimi İncəni qələbə münasibətilə təbrikə başladılar. 25 ilin müxalifəti bu dəfə də yanlış yapdı — düzgün hesablaya bilmədi. İncə yox, Ərdoğan qazandı və hakimiyyət iddiasında olan həmin partiyaların yeganə açıq qapısı — Türkiyə qapıları da üzlərinə bağlandı.

Keçək, daha ciddi məsələlərə. Hər kəsi bir sual düşündürür — Vaşinqton Ankara ilə barışdımı və son seçki bunu deməyə kifayət edirmi? Öncə onu vurğulayaq ki, ABŞ prezidenti Tramp ilk günlərdən verdiyi bəyanatlara sadiqdir və onu Ağ evin başçısı siyasi və iqtisadi dairələrin etimadını doğruldur. Tramp İranı da qan gölünə çevirmək istəyir və atdığı bütün addımlar buna yönəlib. Hələlik Vaşinqtonun hədəfində İrandır, İran dağıldıqdan sonra Türkiyə, daha sonra isə Şimali Koreya, Çin gələcək. ABŞ dünya ağalığına nail olmaq istəyir və odur ki, ilk növbədə türk-islam dünyasını diz çökdürmək niyyətindədir. Bu baxımdan, Ərdoğanın qələbəsi gözlənilən idi. Trampın əsas hədəfi — İrana qarşı hərbi müdaxilə məsələsi daha da qabardılacaqsa, Türkiyə seçkisi bu projenin tərkib hissəsi də ola bilər. Türkiyənin bu planda iştirakı birbaşa mümkün deyil, amma dolayısı ilə istisna deyil.

Trampa İran lazımdır. Bölgə yeni savaşa girir. İsrail, ABŞ, Rusiya, İran və Türkiyə kontekstində Azərbaycanın yeri necə olacaq? Onu da unutmaq olmaz ki, əgər, ABŞ İranı hədəfə alaraq, onu zərərsizləşdirmək istəyirsə, ilk növbədə bu ölkə mühasirəyə alınmalıdır. Vaşinqton artıq bu kontekstdə də fəaliyyətə başlayıb. Hələlik, ABŞ özü prosesə birbaşa müdaxilə etməsə də, İranla Səudiyyə Ərəbistanı arasında Yəmən üzərindən müəyyən ixtilafların yaşanmasına rəvac verib. 

Президентские выборы в Турции - Sputnik Azərbaycan
Səslərin 90 faizə yaxını sayılıb: Ərdoğan liderdir
Vaşinqtona Azərbaycanın da hər hansı bir formada cəlb olunacağı, Türkiyə-İran qarşıdurması lazımdır. ABŞ Türkiyəni Misir, BƏƏ, Bəhreyn Küveyt kimi İran əleyhinə olaraq ərəb koalisiyasında birləşdirmək istəyir. Bütün bunlar da birbaşa İsrailin təhlükəsizliyinə xidmət edən siyasətdir. Tramp İsrail maraqlarının əsas müdafiəçisi olaraq qalmaqdadır. Təbii ki, İranın mühasirəyə alınması üçün təkcə Yaxın Şərq ölkələrinin Tehrana qarşı olması yetərli deyil. Türkiyə, Azərbaycan və Ermənistan da Birləşmiş Ştatların bu planında yer almalıdır. İranı tamamilə mühasirəyə almaq üçün Azərbaycan və Türkiyənin də razılığı lazımdır.

Azərbaycan qonşu müsəlman ölkəsilə hər hansı bir böhran yaradacaq siyasət və hadisələrə yol vermək istəmir və Bakıya edilən təzyiqlərin də kökündə bu amil dayanır. Ümumiyyətlə, Azərbaycan regionda yeni bir savaşın çıxması əleyhinədir. Çünki anlayır ki, İranla hər hansı bir münaqişənin olacağı təqdirdə, regionda böyük humanitar faciə yaşana bilər. Onun da əsas əziyyətini İran daxilindəki soydaşlarımızın kütləvi miqrasiyası nəticəsində məhz Azərbaycan çəkəcək. Yəni ölkəmiz üçün humanitar faciə yaşana bilər. Azərbaycan ABŞ üçün geosiyasət aləti olmaq istəmir. Elə Türkiyə də bu oyunlarda yer almaq niyyətində deyil və bu baxımdan, Ərdoğanın qələbəsi İncənin qələbəsindən daha arzuedilən idi. Bunu hər kəs dərk edirdi, o cümlədən İncənin özü. İncənin Ərdoğanı tələm-tələsik təbrik etməsi də bu gerçəklikdən xəbər verirdi. Bunu hər kəs anladı. 25 ilin məğlublarından başqa…

Xəbər lenti
0