Səslərin 90 faizə yaxını sayılıb: Ərdoğan liderdir

© REUTERS / Goran TomasevicПрезидентские выборы в Турции
Президентские выборы в Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Türkiyə müxalifəti hakimiyyətə yaxın mətbu orqanlarını, o cümlədən Anadolu Agentliyini seçkilərin nəticəsi ilə bağlı manipulyasiya etməkdə ittiham edirlər.

BAKI, 24 iyun — Sputnuik. Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra bülletenlərin sayılması davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq səslərin 90 faizi sayılıb.

Anadolu Agentliyi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın 53,6 faiz səslə liderlik etdiyini açıqlayıb. İkini yerdə gələn CHP namizədi Məhərrəm İncə 30,3 faiz, üçüncü yerdəki İYİ Partiya lideri Maral Akşener isə 7,6 faiz səs toplayır.

Qeyd edək ki, Yüksək Seçim Kurulu hələlik yekun rəqəm açıqlamayıb.

Parlament seçkilərində də hakim AKP təxminın 300 deputat yeri əldə edir. CHP 143, HDP 64, MHP 54, İYİ Partiya 45 yer alır. Digər partiyalar 10 faizlik səddi keçə bilməyiblər.

Qeyd edək ki, Türkiyə müxalifəti hakimiyyətə yaxın mətbu orqanlarını, o cümlədən Anadolu Agentliyini seçkilərin nəticəsi ilə bağlı manipulyasiya etməkdə ittiham edirlər.

Xəbər lenti
0