"Neftçi"nin taleyi italyana tapşırıldı

© Photo : neftchipfk.comNeftçi futbol klubunun azərkeşləri. Arxiv şəkli
Neftçi futbol klubunun azərkeşləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Roberto Bordin baş məşqçi vəzifəyə təyin edilib

BAKI, 8 iyun — Sputnik. "Neftçi" klubuna yeni baş məşqçi təyin edilib. Sputnik Azərbaycan "Neftçi" Futbol Klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni təyinat "Neftçi” PFK-nın Müşahidə şurasının və təsisçilərin növbədənkənar yığıncağı zamanı baş tutub.

Neftçi futbol komandasının baş məşqçisi Elxan Abdullayev - Sputnik Azərbaycan
İDMAN
"Neftçi"nin baş məşqçisi istefa verib

İclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, yeni baş məşqçi Roberto Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın "Bolonya” (2005-2006), "Padova” (2006-2007), "Ellas Verona” (2007, 2010-2015), "Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın "Triestina” (2016) və Moldovanın "Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı "Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə "Qızıl skamya” mükafatına layiq görülüb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала