Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi"nin baş məşqçisi istefa verib

© Photo : REPORT"Neftçi" futbol komandasının baş məşqçisi Elxan Abdullayev
Neftçi futbol komandasının baş məşqçisi Elxan Abdullayev - Sputnik Azərbaycan
Buna səbəb "Neftçi"nin Premyer Liqanın yeni mövsümünə iki məğlubiyyətlə başlamasıdır

BAKI, 21 avgust — Sputnik. Bakının "Neftçi" Futbol Klubu, baş məşqçi Elxan Abdullayevlə yollarını ayırıb. Sputnik Azərbaycan Apasport-a istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

İstefa ərizəsi ilə "Neftçi" rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib. E.Abdullayevin bu addımına səbəb "Neftçi"nin Premyer Liqanın yeni mövsümünə iki məğlubiyyətlə başlamasıdır. Belə ki, paytaxt komandası ilk turda "Qarabağ"a 1:3, iki gün öncə isə debütant "Səbail"ə 0:1 hesabı ilə məğlub olub.

"Neftçi" E.Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb. Qeyd edək ki, E.Abdullayev ötən ilin sentyabrından "ağ-qaralar"ı çalışdırırdı.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала