CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ailə dağılmasında sosial şəbəkələri qınamaq, sadəcə absurddur"

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sosioloq: "Ailə portretinə tək sosial şəbəkələr yox, televiziyalar, internet saytları, bir sözlə, multimedianın özü xüsusi təsir göstərir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bir neçə gün öncə Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən iclasda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda boşanmaların artmasına səbəbi kimi sosial şəbəkələri göstərib. Deputat deyib ki, Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri "Facebook" və digər saytlardır.

Millət vəkili bildirib ki, ailələrin dağılmasında, boşanmalarda, erkən nikahlarda sosial şəbəkələr, "Facebook" və s. kimi zərərli amillər böyük rol oynayır: "Çünki çoxları sosial şəbəkələrdən əyləncə kimi istifadə edirlər və nəticədə ciddi problemlərlə qarşılaşırlar".

Sputnik Azərbaycan məsələ ilə bağlı bir neçə ekspertin fikrini öyrənib. 

Səbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov - Sputnik Azərbaycan
İcra başçısı açıqladı: Sakinlərə kompensasiya ailə tərkibinə görə veriləcək

Sosioloq Əhəd Mansurov deyib ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da vətəndaşların çox faizinin həyatında sosial şəbəkələrin xüsusi rolu olduğunu etiraf etməliyik: "Sosial şəbəkələr ona görə daha çox əhəmiyyətlidir ki, insanlar sosial şəbəkələrdə bir-biri ilə daha rahat şəkildə ünsiyyət qura bilirlər. Həm də istədikləri informasiyanı rahat şəkildə əldə edə bilirlər".

"Hətta bəzi insanlar müxtəlif səbəblərdən sosial şəbəkələrdə daha çox vaxt keçirir və hətta öz xasiyyətlərinə uyğun insanlar taparaq ailə qura bilirlər. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir", — deyə sosioloq qeyd edib.

Ekspertin fikrincə, ailə portretinə tək sosial şəbəkələr yox, televiziyalar, internet saytları, bir sözlə, multimedia xüsusi təsir göstərir: "Hazırda bütün dünyada baş verən proseslər qadınların azadlığını gündəmə gətirir. Əsas səbəblərdən biri ailə üzvlərinin, qız uşaqlarının sosial şəbəkələr vasitəsi ilə daha çox məlumat əldə etməsidir. Hüquqlarını bildikləri üçün qadınların etirazlarının artması nəticəsində ailələr dağılır, çünki kişilər bu yeniliyi qəbul etmək istəmir".

"Eyni zamanda ailələrin dağılmasında sosial şəbəkələrin də təsiri var. Çünki real yox, virtual münasibətlərə daha çox vaxt ayırdıqları üçün həyat yoldaşları arasında anlayış probleminə səbəb olur və bu da problemlərin yaranması və boşanmayla nəticələnir. Amma bunları sosial şəbəkələri bağlamaqla həll etmək lazım deyil. Sadəcə balansı qorumaq lazımdır", — sosioloq əlavə edib. 

Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclisdə "Facebook" narazılığı: "Ailələrimizi dağıdır"

O iddia edir ki, dünyada indi azad cinsi həyatın, ruh azadlığının təbliği gedir. Məhz bu, Azərbaycanda da özünü göstərdiyi üçün ailələr dağılır: "Sadəcə sosial şəbəkələr insanların azadlığını təmin edir və bəzi məsələlərdə insanlara şüuraltı təsir edir, amma ailə sevgi üzərində qurulanda və bir-birini anlayırsa bu zaman heç bir problem olmaz. Bir sözlə, sosial şəbəkələr ailə modelinin tam dağılmasına təsir edə bilməz".

Psixoloq Taryel Faziloğlu isə deyib ki, Azərbaycanda bir neçə səbəbdən boşanmaların sayı artıb: "Birincisi, bizdə klassik ailə modeli dağılıb, yerinə isə yeni ailə modeli qoyulmayıb. Görüntü olaraq yeni ailə modeli var, amma şüur altında isə klassik ailə modeli qalmaqdadır. Azərbaycanda ailədaxili münasibətlər köhnə qaydada idarə olunur. Gənclər isə açıq şəkildə bu qaydalardan imtina etmək istəyirlər".

T.Faziloğlunun fikrincə, problem ondadır ki, gənclər imtina etdikləri adətlərin əvəzinə heç nə qoya bilmirlər: "Azərbaycanda cütlüklərin konkret olaraq cinsi həyat haqqında məlumatları olmur və bu da sonradan böyük problemlərin yaranmasına səbəb olur. Eyni zamanda gənclərin bir-birindən gözləntilərinin özünü doğrultmaması problemlərin ortaya çıxmasına səbəb olur". 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Aqiyə Naxçıvanlı: "Ailələrin dağılmasında artım müşahidə olunur"

"Dördüncü əsas səbəb isə, Azərbaycanda ailələr emosional hisslər əsasında qurulur. İnam hissi formalaşmayan insanların qurduqları ailələr tez dağılır. Bütün bu səbəbləri daha da artırmaq olar", — psixoloq qeyd edib.

Faziloğlunun qənaətəincə, cütlüklərin bir-birinə güzəştə getmək istəməməsi də boşanmalara səbəb olur: "Sosial şəbəkələr isə boşanmaya əsas səbəb deyil. Sadəcə olaraq cüzi təsir edə bilər. Ona görə də sosial şəbəkələri səbəb göstərmək, sadəcə absurddur".

Xəbər lenti
0