CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə "Facebook" narazılığı: "Ailələrimizi dağıdır"

© Sputnik / Murad OrujovЗаместитель исполнительного секретаря правящей партии "Ени Азербайджан" (ПЕА) Сиявуш Новрузов
Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Biz hər hansı bir xalqın ailə modelini götürüb tətbiq edə bilmərik"

BAKI, 23 may — Sputnik. "Biz hər hansı bir xalqın ailə modelini götürüb tətbiq edə bilmərik. Biz öz ailə modelimizi inkişaf etdirməliyik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən tədbirdə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Aqiyə Naxçıvanlı: "Ailələrin dağılmasında artım müşahidə olunur"

O bildirib ki, ailə məsələsi Azərbaycanda çox ciddi bir məsələdir: "Ailə kiçik dövlətdir. Zaman dəyişdikcə ailə münasibətlərinə də biz fərqli yanaşmlıyıq. Biz hər hansı bir xalqın ailə modelini götürüb tətbiq edə bilmərik. Biz öz ailə modelimizi inkişaf etdirməliyik. Keçmişdə internet yox idi, indi var, "Facebook" yox idi, indi var".

Millət vəkilinin sözlərinə görə, ailələrin dağılması çox ciddi problemə çevrilib: "Əsasən ilk 6 ay — 1 il ərzində ailə dağılır, bu baryeri aşa bilməyən ailələr dağılır. Ən ciddi problem valideynlərin ailəyə müdaxiləsidir. Bu, ailələrin dağılmasının əsas səbəblərdən biridir. Sosial şəbəkələrin ailələrin dağılmasında böyük "xidmətləri" var".

Xəbər lenti
0