İcra başçısı açıqladı: Sakinlərə kompensasiya ailə tərkibinə görə veriləcək

© Sputnik / Irade JELILSəbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov
Səbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov - Sputnik Azərbaycan
Abunə olmaq
"Digər ölkələrdə sökülən, uçulan evlərin sənədi yoxdursa, heç bir ödəmə edilmir. Burada isə birmənalı şəkildə tapşırılıb ki, heç kimə fərq qoymayın"

BAKI, 13 mart — Sputnik. Bu gün Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirildi. 

Tədbirdə çıxış edən Eldar Əzizov bildirdi ki, artıq kompensasiya məsələsinə baxılıb: "Bir müddət əvvəl sakinlər dedi ki, kompensasiyanın məbləği azdır. Bu gün o məsələni də qaldırdım. Bu səbəbdən sənədin qəbul edilməsi dayandırılıb. Çünki bu məsələdə 100 nəfərin həyatından söhbət gedir. Mənə elə gəlir ki, həftə sonuna kimi bu məsələ də həll ediləcək". 

Səbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vətəndaşların problemlərinin həllinə göstəriş verildi

İcra başçısı bildirdi ki, qəza vəziyyətində olan 6 evin konpensasiya məsələsi həll edilib: "Sadəcə olaraq miqdarı artırmaq məqsədilə məsələ hələ qalır. Elə etmək istəyirik ki, heç olmasa, verilən konpensasiyaya bir mənzil ala bilsinlər".

Əzizov qeyd etdi ki, evləri təhlükəli zonaya düşməyən sakinlərin mənzillərinə qayıtması üçün də işlər görülür: "Kim harda gördü, fikrini deyir. Hətta küçədə yaxınlaşanlar da var. Problemlərini danışırlar. Mən də istəyirəm ki, kimin nə sözü varsa, desin. Bilirsiniz ki, bütün dünyada fövqəladə vəziyyət yarananda ilk növbədə qaz və elektrik enerjisinin verilişini dayandırırlar".

Görüşdə daha sonra sakinlər qaz və elektrik enerjisi ilə bağlı yaşadıqları problemləri dilə gətirdilər.

Səbail rayon elektrik enerjisi təchizatı və satışı idarəsinin rəsmisi Araz Manafov onlara cavab olaraq bildirdi ki, 6 evin elektrik enerjisi tamamilə dayandırılıb. Hazırda rəylərdən asılı olaraq, yəni sürüşmə dayanıbsa, elektrik enerjisinin verilişi bərpa edilə bilər. 

İcra başçısı onu da qeyd etdi ki, ərazidə təhlükəli olan bütün evlərin sakinləri köçürüləcək: "Evindən çıxmaq istəməyən adamların da məsələlərinə baxılır. Araşdırmaların nəticəsində yekun qərar veriləcək".

E.Əzizovun sözlərinə görə, kirayə haqqları dövlət normativlərinə uyğun olaraq, ailə tərkibinə görə veriləcək: "Digər ölkələrdə sökülən, uçulan evlərin sənədi yoxdursa, heç bir ödəmə edilmir. Burada isə birmənalı şəkildə tapşırılıb ki, heç kimə fərq qoymayın. Biz də fərq qoymuruq".

"Təhlükəli zonada 98 mənzildən yalnız birinin sənədi var. Evlərin çoxu 1999-cu ildə, bəziləri isə 70-ci illərdə tikilib. Son illərdə tikilən evlər də var. Hər bir halda, hamısı qanunsuz tikilmiş evlərdir. Biz sakinləri köçürəndə narazılıq edirdilər. Sonra evlər uçdu deyə razılaşdırlar. İndi deyirlər ki, əraziyə qaz və işıq verilsin. Qaz və işıq ancaq araşdırmalardan sonra, təhlükə olmadığı təqdirdə veriləcək", — deyə Əzizov bildirib. 

Bayıl yamacında sürüşmə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi açıldı

Xatırladaq ki, məsələ ilə bağlı cinayət işi açılıb. Əzizovun sözlərinə görə, özü Bakı Şəhər Prokurorluğuna müraciət edib: "Bunun əsasında cinayət işi açılıb. Düzdür, bu evlərdə insanlar yaşayır, ancaq qanunsuz tikililərin də səbəbkarları var. Günahkarı tapmaq isə çətin məsələdir".

Sonda icra başçısı qeyd etdi ki, kompensasiya ailə tərkibinə görə veriləcək.

O da əlavə edilib ki, mənzillərin heç bir sənədi olmasa belə, məsələnin həlli 11 ay davam etməyəcək. Tezliklə həllini tapacaq.

Görüşün sonunda sakinlərə bayram sovqatı paylanılıb.

Xəbər lenti
0