Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Basdalama damarı" deyə-deyə camaatın damarını basdaladı

© Sputnik / Irade JELILRep ifaçısı Ramil Nabran
Rep ifaçısı Ramil Nabran - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Nabran: "Mənim bəzilərinə şapalağım sözlə yox, sənətimlədir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Son zamanlar "Bastalama damarımı" mahnısı ilə yenidən gündəmə gələn sevilən reper Ramil Nabran Sputnik Azərbaycan-ın qonağı olub. Gördüyü işlər, gələcək planları barədə danışıb, maraqlandığımız sualları cavablandırıb.

— Ramil Nabran bir mahnı ilə yenidən xalqın "damarını tapdaladı"…

— Bəli, keçən ilin avqust ayında ifa etdiyimiz mahnı Rəhim Rəhimlinin 2 ay güclü marketinq siyasəti nəticəsində "hit" oldu. Doğrudur, mən o mahnıda sadəcə "bastalama damarımı" demişəm. Amma bu sözün də mahnının tutmasında böyük rolu olub. Mahnının hit olması mənim yenidən səhnəyə gəlməyimə, klublara daha çox dəvət almağıma səbəb oldu. Qeyd edim ki, yaxın günlərdə bizim yeni mahnımız gəlir. Onun da hit olacağını düşünürəm. 

Türk müğənnisi Aydilge - Sputnik Azərbaycan
CƏMİYYƏT
Türkiyəli müğənnidən Azərbaycana qarşı inanılmaz təxribat - VİDEO

— Mahnıda ancaq bir ifadə deməyinizə etiraz etmədiniz?

— Əlbəttə ki, etdim. Kaş etməyəydim. Onsuz da sözümü dinləyən olmadı (gülür). Dedilər, mahnıda dəfələrlə "basdalama damarımı" deyəcəksən. Onu da deyim, vaxt gələcək və Rəhim Rəhimli başa düşəcək ki, mənim rep demə tərzim bir iki kəlmə oxumağımdan daha yaxşıdır.

— Məclislərə və klublara əvvəlki qiymətə gedirsiniz? Yoxsa, qiyməti artırmısız?

— Əvvəl toylara getmirdim. Amma son bir ildə toylara da yarım saatlıq, 6-7 mahnı oxumaq üçün gedirəm. Uğur əldə etdikcə qiyməti qaldırıram. Əks halda, özümü istifadə olunmuş hesab edirəm. Hazırda şou-proqramlara isə çox gedirəm. Əvvəl 200-300 manata şou proqrama gedirdim, indi 500-700 manata gedirəm. Toylara isə 1000 manata gedirəm.

— Bir müddət başqa sahədə də işlədiniz? 

Алия Назарбаева и Нурсултан Назарбаев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor Nazarbayevin qızının filmində çəkilir

— Bəli. Dərman şirkətində dizayner işləyirdim. O zaman efirlərə dəvət alanda müdirə dedim ki, efirə çıxmalıyam. Üzümə baxıb dedi: "get, dizaynını hazırla". Başa düşdüm ki, iş ilə rep alınmayacaq. Ailəni dolandırmaq üçün isə işləməli idim. Bilirsiniz, insan işləyəndə düşünür ki, işdən çıxsa, yaşaya bilməz. Mən də elə düşünürdüm. Amma vaxt gəldi, dərman şirkətinin müdiri həbs olundu. Onda anladım ki, işsiz qalanda insan pul qazanmaq üçün daha yaxşı fikirləşir və çıxış yolu tapır. Müdir tutuldu, şirkət bağlandı, mən də repə qayıtdım.

— "Nabran" treki daha çox həyatınızı dəyişdi, yoxsa "Basdalama damarımı"?

— Maraqlı sualdır. Heç vaxt bunu düşünməmişdim. Düşünürəm ki, "Nabran". Axı o məni hamıya tanıtdı. Bu gün də məni görənlər Ramil Nabran deyir. Amma "Basdalama damarımı" deyənlər də az deyil. Mən xalq üçün yaradıram. Öncə xalqıma can sağlığı arzulayıram ki, onlar xoş günlər görsünlər. Bu zaman məni də sənətçi kimi sevəcəklər.

— Çoxu şou-biznesdə qalmaqallarla yadda qalır. Siz isə bu neçə il ərzində bir qalmaqal etmədiniz…

— Ona görə ki, mənim bəzilərinə şapalağım söz yox, sənətimdir.

— Reperlərin arasında özünüzdən güclüsünü görürsünüz?

— Bəli, məndən güclü yazan reperlər var, Uran (İbrahim İbrahimov —red.), Okaber (Orxan Mustafazadə —red.), Ekspert (Şəhriyar —red.). Amma tərzlərimiz ayrıdır və mənim qədər bu sənətdən qazana bilmirlər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev ər-arvad müğənniləri təltif etdi

— Repdə yaş həddi var?

— Dünyada yoxdur. Amma bizim cəmiyyətdə var. Bəzən sosial şəbəkələrdə yazırlar ki, "saçın-saqqalın ağarıb, get özünə başqa iş tap". Qayıdıb adama deyəsən ki, ay cahil, ay dünəndə qalan, mən öz həyatımı özümə görə yaşayıram. Mən heç kimin ailəsinə söz atmıram, heç kimdə işim yoxdur. Rep mənim qanımda var. Heç vaxt onun-bunun sözü ilə rep ilə vidalaşmayacam. Gedəndə də başqa sahədə mükəmməl iş görmək üçün repdən gedəcəm.

— Bir trek yazmaq neçəyə başa gəlir?

— 300 manatdan min manata kimi qiymət dəyişə bilər. Hətta "Nabran" treki pulsuz yazılıb. O trek mənə 2005-dən 2012-ci ilə kimi 8-10 min manat qazandırıb.

Xəbər lenti
0