CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev ər-arvad müğənniləri təltif etdi

Abunə olmaq
Yusif Eyvazova “Xalq artisti” adı, Anna Netrebko “Dostluq” ordeni verilib

BAKI, 21 may — Sputnik. Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilib.

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidAnna Netrebko və Yusif Eyvazov
Anna Netrebko və Yusif Eyvazov  - Sputnik Azərbaycan
Anna Netrebko və Yusif Eyvazov

Prezident İlham Əliyev digər bir sərəncamla Anna Netrebkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Yusif Eyvazov Anna Netrebkonun həyat yoldaşıdır.

Xəbər lenti
0