CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranskinin qardaşını kriminal müharibəyə kim cəlb etmək istəyir?

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
DGK-da kadr dəyişiklikləri ilə əlaqədar Namiq Canıyevə yeni vəzifə təklif olunub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Bəzi qüvvələr 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevi kriminal müharibənin ortasına itələməyə cəhd edirlər. Son günlər Rusiya və Azərbaycan KİV-ləri Namiq Canıyevin rəqiblərinin fiziki olaraq aradan qaldırılması üzrə sifarişlərini yerinə yetirən "ştatlı killer"inin — Camal Həsənovun meydana çıxdığı barədə məlumatlar yayırlar. 

Lakin bütün bunlar həqiqətə uyğun deyil. “Qanuni oğru”nun qardaşı Namiq Canıyev kriminal “razborka”larda iştirak etmir. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələr yaxın mənbə məlumat verib. 

Şeyx Həmzət Rövşən Lənkəranskinin məzarını ziyarət etdi - Sputnik Azərbaycan
HADİSƏ
Rövşən Lənkəranskinin "qardaşı"nın neft milyonları müsadirə edildi

KİV-in məlumatına əsasən, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq idarəsi “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əlaltısı Cabir Həsənovun qətli üzrə açılmış cinayət işinin araşdırılması barədə açıqlama ilə çıxış edib. Həsənovu 2017-ci il aprelin 28-də Lenin prospektində güllələyiblər. İş üzrə 43 yaşlı Nazim Nüsrətov və 23 yaşlı Camal Həsənov (qətl sifarişini yerinə yetirib) keçirlər. Sonuncunu Namiq Canıyevin “ştatlı killeri” adlandırırlar. Camal Həsənov gizlənə bilib, Nüsrətov isə 2017-ci il mayın 31-də saxlanılıb.

Qeyd edək ki, ötən il noyabrın 2-də İstanbul polisi bu şəhərdə Nadir Səlifova sui-qəsd etmək istəyən qrupu saxlayıb. Sui-qəsdin təşkilində Namiq Canıyev günahlandırılıb. Guya ki, məhz o killerlər qrupuna başçılıq edib. Qrupun tərkibinə aşağıdakı şəxslər daxil olub: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrahman Çolak, Orhan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin. Onların arasında Hacı Beyləqanski kimi tanınan “qanuni oğru” Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

Rövşən Lənkəranskinin məzarı - Sputnik Azərbaycan
"Lotu Quliyə sui-qəsd işi"ndə gəlişmə: Lənkəranskinin qardaşı Bakıya döndü

Lakin bu il yanvarın 8-də Canıyev bəraət alaraq İstanbul məhkəməsinin qərarı ilə azad edilib. Onunla bir yerdə Lotu Quliyə sui-qəsddə ittiham olunan şəxslərin hamısı azad edilib. 

Həmin dövrdə beynəlxalq axtarışda olan Camal Həsənov da azad edilib.

Sankt-Peterbuqdakı qətlə qayıtdıqda deyə bilərik ki, Nüsrətov Camal Həsənova silah və nəqliyyat vasitəsi tapmaqda kömək etdiyini bildirib. O bunu Namiq Canıyevin sürücüsü işləyən Əfqan adlı şəxsin təhdidlərindən sonra edib. Cabir Həsənovun qətlinin motivi olaraq Rövşən Lənkəranski klanının qisası göstərilir. Çünki Cabir dəfələrlə Canıyevin qətlində şəxsən iştirak etdiyini deyibmiş. Cabir Lotu Quli ilə eyni İƏM-də cəzasını çəkib. Onlar orada tanış olublar. 2015-ci ildə azad edildikdən sonra isə Cabir Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak edib. Girov qaçaraq polisə məlumat verməyə müvəffəq olub. Bununla bağlı Cabir Həsənov və Nadir Səlifov beynəlxalq axtarışa elan olunublar. 

Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Sankt-Peterburqda Lotu Qulinin adamı güllələndi

Mənbənin Sputnik Azərbaycan-a bildirdiyinə görə, bütün bu münaqişə və “razborka”larda Rövşən Lənkəranskinin tərəfdarları iştirak edirlər. Lakin Namiq Canıyevin özünün onlara aidiyyəti yoxdur və kriminal aləmlə bağlı olmaq istəmir. "Canıyevi hansısa qətldə günahlandırmaq yeriszdir " – mənbə deyib.

Bir müddət əvvəl Sputnik məlumat verib ki, fevral ayında Canıyev Azərbaycana qaıdaraq Dövlət Gömrük Komitəsində (DGK) işləməyə davam edib. Bu gün məlum olub ki, DGK-da kadr dəyişiklikləri ilə əlaqədar Canıyevə yeni vəzifə təklif olunub və çox yəqin ki, yaxın günlərdə o Keşlə gömrük postunun rəisi kreslosunu tərk edəcək. Canıyevin hansı vəzifəyə təyin olunacağı hələlik məlum deyil.

Xəbər lenti
0