Tramp təhdid etdi, razılaşmadan geri çəkiləcək…

© REUTERS / Joshua RobertsDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Açıqlama iki liderin Ağ Evdəki görüşündən sonra verilib

BAKI, 25 aprel — Sputnik. Tramp və Makron Rusiya ilə Çin arasında yeni bir razılaşma ilə Tehran hökumətinin Yaxın Şərqdəki təsirini azaltmağı hədəfləyir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransa lideri Makron Türkiyənin də prosesə daxil olmasını istədiyini deyib.

Tramp və Makron razılaşmaya İranın nüvə proqramına nəzarət etməklə yanaşı, bu ölkənin regionda effektivliyini azaldacaq müddəaları da daxil etmək istəyir.

Açıqlama iki liderin Ağ Evdəki görüşündən sonra verilib. 

ABŞ dollarları və İran rialı - Sputnik Azərbaycan
İran dollardan imtina etdi

ABŞ prezidenti Donald Tramp birgə mətbuat konfransında 2015-ci ildə İran ilə olan nüvə razılaşmasını da sərt şəkildə tənqid edib.

Donald Tramp problemlərin həll edilmədiyi təqdirdə, 12 mayda baş tutacaq razılaşmadan geri çəkiləcəyini bildirib.

ABŞ isə razılaşmadan tamamilə geri çəkilsə, İrana yenidən iqtisadi sanksiyalar tətbiq etməyə başlayacaq.

Fransa prezidenti Makron isə bildirib ki, Tramp ilə görüş yeni bir razılaşmanın önünü açır. Ancaq Makron bu prosesə Rusiya və Türkiyənin də daxil edilməsinin tərəfdarı olmasını deyib.

Hazırda Amerika və Fransa mətbuatında yeni razılaşma ilə İranın Yəmən, Suriya, İraq və Livandakı fəaliyyətlərinin məhdudlaşdırılacağı ilə bağlı məlumatlar səsləndirilir. 

Ramzan Kadırov - Sputnik Azərbaycan
Kadırovdan hədə: “Tramp və Merkeli saxlayıb, həbsə atacağıq”

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif isə daha əvvəl də ABŞ-ın razılaşmadan geri çəkiləcəyi təqdirdə, yenidən uran istehsalına başlayacaqlarını bildirmişdi.

Qeyd edək ki, Fransa prezidenti Emanuel Makronun səfərindən sonra Almaniyanın federal kansleri Angela Markelin ABŞ-ı ziyarət edəcəyi gözlənilir.

Markelin Tramdan İran ilə nüvə razılaşmasından geri çəkilməməsini istəyəcəyi bildirlir.

Xəbər lenti
0