Kadırovdan hədə: “Tramp və Merkeli saxlayıb, həbsə atacağıq”

© Sputnik / Said TsarnayevRamzan Kadırov
Ramzan Kadırov - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadanın Toronto şəhərində həyata keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə biləcəyi bildirilmişdi

BAKI, 25 aprel — Sputnik. Çeçenistan lideri Ramzan Kadırov ABŞ prezidenti Donald Tramp və Almaniya baş naziri Angela Merkelin Çeçenistana gəldikləri təqdirdə həbs edəcəyini bildirib.

Sputnik Türkiyə xəbər verir ki, “Rosiya 24” telekanalına danışan Ramzan Kadırov bildirib ki, artıq sanksiyalar tətbiq edilib: "Biz Tramp, Merkel və digərlərinə çoxdan sanksiya tətbiq etmişik. Əgər Çeçenistana gələrlərsə, onları dərhal saxlayıb, həbsə atacağıq. Burada bank hesabları ortaya çıxdığı halda onları dərhal bağlayacağıq".

Xatırladaq ki, Kanadanın Toronto şəhərində həyata keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə biləcəyi bildirilmişdi.

Xəbər lenti
0