CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan limanlarında gəmilərin giriş-cıxışına qadağa qoyulub

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb

BAKI, 30 mart — Sputnik. Martın 28-də təhlükəli hidrometeoroloji şəraitlə bağlı Hidrometeoroloji Proqnozlar Bürosundan Milli Mərkəzə xəbərdarlıq daxil olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.

Черное море. Вид с Олимпийской набережной - Sputnik Azərbaycan
Qara dənizdə batan gəmidə 4 azərbaycanlı olub

Açıqlamada qeyd edilir ki, Milli Mərkəz gözlənilən hava şəraitini nəzərə alaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirib. Müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb.

Azərbaycan Respublikasının bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin cıxışına və girişinə qadağa qoyulub.

Azərbaycan Respublikasnın limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb.

Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb.

Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.

Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir.

Tural Müseyibov - Sputnik Azərbaycan
Xəzərdə baş vermis qəza bölgəsinə 6 gəmi göndərilib

Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilər ilə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən lazımı tədbirlər həyata keçiriləcək.

Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir.

Daxil olan məlumata əsasən 31 mart 2018-cil il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.

Xəbər lenti
0