Xəzərdə baş vermis qəza bölgəsinə 6 gəmi göndərilib

© Photo : ASAN RadioTural Müseyibov
Tural Müseyibov - Sputnik Azərbaycan
Abunə olmaq
Tural Müseyibov: "Qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi nəzarətdə saxlanılır"

BAKI, 15 dek — Sputnik. Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən, Səngəçal Estakadasının "NST-3" buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

Xəzər dənizi - Sputnik Azərbaycan
İtkin neftçilərlə bağlı qərargah yaradıldı

"Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər — "Gültəkin Əsgərova", "Vadim Seyidov", "Vixr-5" öncə hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə "Caspian Provider", " Caspian Pride" və "Lənkəran" gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb ediliib. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəz tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır", — deyə T. Müseyibov qeyd edib.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya və qərargah yaradılıb.

Xəbər lenti
0