Qara dənizdə batan gəmidə 4 azərbaycanlı olub

© Sputnik / Alexandra ZuyevaЧерное море. Вид с Олимпийской набережной
Черное море. Вид с Олимпийской набережной - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün ekipaj üzvlərinin Feodosiyaya təxliyyə edildiyi xəbər verilir

BAKI, 2 fevral — Sputnik. Qara dənizdə, Krım sahilləri yaxınlığında zədələnmiş "Berq" yük gəmisi Türkiyə gəmiçilik şirkətinə məxsus olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, zədələnən gəminin ekipaj üzvləri səkkiz Ukrayna vətəndaşı və dörd azərbaycanlıdan ibarətdir. Gəmidə üç min tondan çox yükün daşındığı bildirilir.

Qəza yerinə xilasedici kater göndərilib. Bütün ekipaj üzvlərinin Feodosiyaya təxliyyə edildiyi xəbər verilir.

"Yük gəmisinin zədələnmiş hissəsi artıq təmir olunub" — deyə Rusiya FHN-nin Cənubi Regional Mərkəzinin sədri bildirib.

"Gəminin sahibindən məlumat daxil olub ki, yardıma ehtiyac yoxdur. Korpusda əmələ gələn dəliyi öz gücləri hesabına aradan qaldıracaqlarını bildiriblər. Artıq dəliyi bağlayıblar" — deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Qara dənizdə gəminin batdığı barədə məlumat yayılmışdı. 

Xəbər lenti
0