BAKI, 21 fevral — Sputnik. Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hal-hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu ilin yanvar ayından başlayaraq Bakının Bayıl yamacında növbəti torpaq sürüşməsi başlayıb. Nəticədə, 4 ev tamamilə dağılıb, bir çox evlərə ciddi zərər dəyib.