Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İsrailə gözləmədiyi zərbə: Yəhudi dövləti barədə məğlubedilməzlik mifi dağıldı

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidИстребители F16 турецких военно-воздушных сил, фото из архива
Истребители F16 турецких военно-воздушных сил, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar düşünürdülər ki, regionda qarşılarına çıxacaq qüvvə mövcud deyil

BAKI, 1 mart — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahunun Münhendəki təhlükəsizlik konfransında İranla bağlı təqdimatından sonra iki ölkə arasında bir-birini günahlandırmağa köklənən dialoq yeni sürət alıb. Netanyahu əvvəlki təqdimatlarından irəli gedərək bu dəfə tribunadan daha ciddi əyani vasitə — İsrail tərəfindən vurulmuş və guya İranda istehsal olunduğu sübut edilən pilotsuz təyyarənin bir hissəsini nümayiş etdirib.

Бомбардировщик Су-34 ВКС РФ - Sputnik Azərbaycan
İsrail İranın bazasını vurdu

Təqdimatdan sonra auditoriyada hansı reaksiyanın hakim kəsildiyini deyə bilmərəm. Amma məndə Suriyada vurulmuş İsrail təyyarəsinin qanadının göstərilməsi daha çox təsir buraxardı, nəinki İranın istehsal etdiyi pilotsuz təyyarə hissəsi. Bu qənaətdəyəm ki, Netanyahu çıxışını Suriyadakı İran mövqelərini bombalaması ilə başlamalı idi. Auditoriyaya izah etməli idi ki, 1979-cu ildən bəri hər il İsrail dövləti İranı müharibə ilə hədələyir. Amma hələ də bu hədəni həyata keçirmək istiqamətində addım belə atmayıb.

Bu gedişlə İranın qarşısında dayanmaq imkansızdır. İran hədələmir, nə də nümayəndələri təqdimat təşkil edir, amma sakitcə irəliləyir. Suriyanı tutub, İraqda əsas sözə sahibdir, Yəməni əhatə edib və sair. İranda gözəl başa düşürlər ki, ölkələr ətrafında hay-küy yaratmaq İsrail rəhbərliyinə həm daxili, həm də xarici qüvvələr üçün lazımdır. Nəinki müharibə üçün.

İsrail Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsinin vurulması yəhudi dövlətində və onun himayədarı olan Amerikada şok effekti yaratdı. Baş nazir Netanyahu dərhal dron məsələsini ortalığa atdı və İranı İsrailin sərhədlərini pozmaqda günahlandırdı. "İsrail özünü bütün hücumlardan qoruyacaq", — deyə bəyan etdi.

İran mövzusu İsraildə müxtəlif istiqamətlərdə istifadə olunan çoxprofilli mövzudur. İsraildə bütün zamanlarda hakimiyyətdə olanlar hakimiyyətdə qalmaq və mövqelərini daha da gücləndirmək üçün, hakimiyyətə gəlmək istəyənlər öz rəqiblərinə qalib gəlmək üçün, hərbi sənaye silah sifarişlərini artırmaq üçün, politoloqlar gündəmdə qalmaq üçün, jurnalistlər tirajlarını artırmaq üçün bu mövzunu dövriyyədən çıxmağa qoymayıblar. Bu gün Netanyahu eyni mövzudan rüşvət alması ilə bağlı aparılan istintaqdan yaxa qurtarmaq üçün istifadə edir. Beləliklə, İran mövzusu az qala İsrail cəmiyyətinin atributuna çevrilmişdi. Amma son günlərə qədər…

Tehran - Sputnik Azərbaycan
İran Suriya barədə xəbərdarlıq etdi

F-16 qırıcı təyyarəsinin Suriya Hava Müdafiə Qüvvələri tərəfindən vurulub salınması vəziyyəti olduqca dramatikləşdirdi. 30 ildən artıq Yaxın Şərq fəzasında at oynadan İsrail aviasiyası ciddi maneəyə rast gəldi. İrana hücum etməklə hədələyən İsrail Suriyada ilişib qaldı. İsrail hərbçiləri ciddi xəbərdarlıq aldılar. Onlar düşünürdülər ki, regionda qarşılarına çıxacaq qüvvə mövcud deyil.

Bu hadisə digər ərəb və müsəlman ölkələri üçün də stimul rolunu oynayacaq. Məğlubedilməzlik haqqında İsrail ətrafında yaranan mif F-16-ya açılan bir raket zərbəsi ilə dağıdıldı.

İsrail İranla bağlı daha dərindən düşünməyə məcbur edildi ki, bunun da dibində müharibə dayanır. Bundan sonra müharibəsiz İranın qarşısının alınması mümkün olmayacaq. Artıq İranla müharibə variantı yeni qüvvə ilə masalara qayıdacaq.

Amma kim götürəcək bu missiyanı üzərinə? Amerika? İsrail? Səudiyyə Ərəbistanı?

Amerika Əfqanistan, İraq, Suriyadakı hərbi əməliyyatlarda yetərincə problemlərlə qarşı-qarşıyadır və bu siyahıya İranın da əlavə olunacağı ağlabatan görünmür. İsrail heç vaxt İranla ciddi qarşıdurmaya getmək cürətində deyil. O, İrana hücumun nə ilə nəticələnə biləcəyini yaxşı dərk edir. İranla birbaşa müharibə yəhudi dövlətinin artıq tarixdə neçənci dəfə süqutuna səbəb ola bilər.

Səudiyyə Ərəbistanı öz qonşuluğundakı İranpərəst qüvvələr qarşısında aciz qalıb. Onun İrana qarşı İsrail və Amerikanın yardımları və qarantiyası sayəsində olsa belə, müharibəyə başlamasının perspektivsiz olması hamıya məlumdur.

Regionda və ondan kənarda İranla müharibəyə girəcək qədər ağılsız olan bir dövlət tanımıram. Deməli, İran ambisiyalarını həyata keçirməkdə davam edəcək. Bu ambisiyalar regiondakı bütün dövlətləri ağuşuna almaqdadır.

Son Afrin hadisələri Türkiyənin regional gücə çevrilməsi istiqamətində ümidvericidir və fikrimcə, Amerika bu dövlətlə ortaq məxrəcə gələrsə, İran təhlükəsini müəyyən qədər zəiflədə bilər. Ancaq və ancaq yumşaq güc vasitəsi ilə, nəinki hədə-qorxu və müharibə yolu ilə…

Xəbər lenti
0