İsrail İranın bazasını vurdu

© Министерство обороны РФ / Mediabanka keçidБомбардировщик Су-34 ВКС РФ
Бомбардировщик Су-34 ВКС РФ - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin qırıcı təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında İranın hərbi bazasına hücum edib

BAKI, 2 dekabr — Sputnik. İsrailin qırıcı təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında İranın hərbi bazasına hücum edib. Suriyadakı hava müdafiə sistemləri İsrail qırıcılarına raket atıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, İsrailin "Haaretz" qəzeti İsrailin Suriyadakı İranın hərbi bazasını vurduğunu son dəqiqə kodu ilə dünyaya çatdırıb.

Xəbərə görə, Livanın hava sahəsindən istifadə edən döyüş təyyarələri paytaxt Dəməşq yaxınlığında İran hərbi bazasını hədəf alıb. Hücumun baş verdiyi yer Dəməşqdən 13 kilometr məsafədə yerləşən Kisvadır.

Təyyarələrin bombardımanından dərhal sonra şiddətli partlayış səsləri eşidilib. Hücuma qarşılıq olaraq Suriyadakı hava müdafiə sistemləri İsrail təyyarələrinə raket atıb.

Hadisə ilə bağlı İrandan hələ ki, rəsmi açıqlama yoxdur.

"BBC" yaxın zamanda Kisvada İrana aid bir bazanın inşa edildiyini bildirmişdi.

Hadisədən bir neçə saat sonra Suriya rəsmi televiziyası hücumu təsdiqləyib. 

Xəbər lenti
0