Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda baş verən qətliamın tükürpədici detalları və gizli xəzinə üzə çıxdı

CC0 / R. Halfpaap / LonelyМужчина в темноте, фото из архива
Мужчина в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq-əməliyyat qrupunun üzvləri Tovuzda yandırılmış evdə gördüklərindən şoka düşüblər

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. İstintaq-əməliyyat qrupunun üzvləri gördüklərindən şoka düşüblər. Belə ki, Tovuzda qatillər yerli xəstəxananın cərrahını tamamilə skotçla sarıyıblarmış. Bu barədə Sputnik Azərbaycan-a Tovuz Rayon Prokurorluğundan məlumat verilib.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tovuzda dəhşətli faciə: Ər-arvad yanaraq öldü

Tovuzda AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin qohumunun qətlinin araşdırılması ilə bağlı məsələ dalana dirənib. Qətlə yetirilmiş 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu ilə onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızının meyitlərinin olduğu evin yanması cinayətin bütün izlərini məhv edib.

Qeyd edək ki, fevralın 24-ü səhər saatlarında Məmmədovun Tovuz şəhərindəki Mərdan Musayev küçəsində yerləşən, ümumi sahəsi 320 kvadratmetr olan fərdi evi yanıb. Qonşuların çağırışı əsasında hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə baxış keçirərkən oradan Məmmədov və Mirzəyevaya məxsus yanmış cəsədləri aşkar ediblər.

Cəsədlər ayrı-ayrı otaqlarda olub. Qadının əl-ayağı və ağzı skotçla bağlanmış vəziyyətdə olub. Bu isə onu göstərir ki, cütlük qətlin qurbanı olub. Cəsədlərin üzərində hər hansı zorakılıq əlamətləri və zədə aşkarlanmayıb.

Kriminalistlər öldürülmüş şəxslərin evindən 3600 manat pul tapıblar. Buna baxmayaraq, quldurluq versiyası istisna edilmir. Mirzəyeva yerli xəstəxanada cərrah işləyib və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır.

Bununla yanaşı, cinayətin digər detalları da ortaya çıxıb. İstintaqa məlum olub ki, qətldə azı 2 nəfərin əli var. İstintaq-əməliyyat qrupunun üzvləri Mirzəyevanın cəsədini görəndə şoka düşüblər. Cinayətkarlar qurbanın ağzını və bütün bədənini yoğun skotçla tamamilə sarıyıblar. Mirzəyeva nəfəs ala bilmədiyindən boğularaq ölüb.

Последствия пожара в здании общежития в восьмом микрорайоне Сумгайыта - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tovuzdakı yanğının dəhşətli təfərrüatı: Məşhur şəxsin bacısı öldürülərək yandırılıb

Məmmədovun isə əlləri bağlı olmayıb, amma onun ağzını sərt materialdan hazırlanmış ağızlıqla bağlayıblar. Ehtimal var ki, cinayətkarlar kişinin ürəyi partlayana qədər onun əllərini tutub saxlayıblar. Cinayətin izini itirmək üçün qatillər evi yandırıblar.

Baş verən hadisə ilə bağlı hələlik istintaq iki əsas versiya üzərində dayanır. Birincisi — bu qətl intiqam məqsədilə törədilib. İkincisi — cinayətkarlar evə qarət məqsədilə daxil olublar.

Cərrah Mirzəyevanın brilyantlarla işlənmiş çoxsaylı qızıl-zinət əşyaları Tovuz rayonunda hər kəsə məlum olan faktdır. Mirzəyevanın qızıl zərgərlik məmulatlarına qeyri-adi məhəbbəti olub. Ola bilsin, cinayətkar dəstə cütlüyün evinə məhz həmin qızıllara görə gəliblər.

Amma onlar evdən əliboş gediblər. Çünki sözügedən zinət əşyalarını istintaq-əməliyyat qrupunun üzvləri evin yaxınlığında basdırılmış bankada tapıblar. Bu gizli xəzinənin yerini hüquq-mühafizəçilərinə öldürülmüş şəxslərin oğlu göstərib. Oğlanın sözlərinə görə, bunu atası ona deyib: "Dedi ki, əgər bizim başımıza nə isə gəlsə, qızıl-zinət əşyaları dirrikdə basdırılıb".

Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Şübhəlilərin şəxsiyyəti də hələlik məlum deyil.

Qeyd edək ki, R.Mirzəyevin oğlu — 1985-ci il təvəllüdlü Anar Mirzəyev bu il fevralın 14-dən 15-nə keçən gecə Sabirabad rayonu ərazisində baş verən avtomobil qəzasında həlak olub. Sükan arxasında Mirzəyevin olduğu, ona məxsus "Jeep" markalı H0-09-703 dövlət nömrə nişanlı maşın Həşimxanlı kəndi yaxınlığında su kanalına düşüb.

Anar Mirzəyev iki qohumu ilə birlikdə gecəyarısı su kanalının kollektoruna balıq tutmağa gedib. Amma avtomobili parklayarkən ehtiyatsızlıq etdiyindən maşın kollektora yuvarlanıb. Mirzəyevin qohumları maşından çıxmağa müvəffəq olublar. Sükan arxasında olan Mirzəyev isə ağır çəkili olduğundan kilidlənmiş qapının pəncərəsindən çıxa bilməyib. Nəticədə suda boğularaq ölüb.

Xəbər lenti
0