CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzdakı yanğının dəhşətli təfərrüatı: Məşhur şəxsin bacısı öldürülərək yandırılıb

© Sputnik / Murad OrujovПоследствия пожара в здании общежития в восьмом микрорайоне Сумгайыта
Последствия пожара в здании общежития в восьмом микрорайоне Сумгайыта - Sputnik Azərbaycan
Abunə olmaq
Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır

BAKI, 24 fevral — Sputnik. Tovuz rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

Sputnik Azərbaycan lent.az-a istinadən xəbər verir ki, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Poliklinikasında həkim işləyirmiş. 

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tovuzda dəhşətli faciə: Ər-arvad yanaraq öldü

Qeyd edək ki, bu, Mirzəyevlərlə bağlı son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həlak olmuşdu.

Xatırladaq ki, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyevanın yanaraq öldüyü məlum olub.

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0