CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarınızı öz əlinizlə öldürməyin!

CC0 / fancycrave1 / Baby & Mother Ana və yeni doğulmuş körpə
Ana və yeni doğulmuş körpə - Sputnik Azərbaycan
Abunə olmaq
Nevropotoloq: "Yeni doğulan körpələri yelləmək qəti qadağandır" Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan BAKI, 25 fevral — Sputnik.

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Son günlər xarici mediada uşaq pediatrları həyəcan təbili çalmağa başlayıb. Onlar qeyd edirlər ki, valideynlər körpələrini yatırtmaq üçün beşikdə və ya qolunda yelləyən zaman uşağın beyninə qan sıza bilər. Səbəb olaraq da göstərirlər ki, körpələri qan-damar sistemləri və beyinləri hələ də inkişafda olduğu üçün yelləmək olmaz. 

Sputnik Azərbaycan məsələyə azərbaycanlı mütəxəssislərin münasibətini öyrənib. Uşaqlarla çalışan həkimlərimiz ortaya atılmış məsələyə aydınlıq gətiriblər.

Ребенок у окна, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uşaq aqressivliyinin səbəbləri nədir?

Uşaq nevropatoloqu Esmira Həsənzadə bildirib ki, beşikdə və qucaqda körpəni çox astaca yelləmək uşağa ziyan etməz: "Yatızdırmaq üçün uşağı incə-incə yelləmək olar. Uşaq buna öyrəşə bilər, amma bu onda problem yaratmaz".

E.Həsənzadə yeni doğulan uşağı yelləməyin isə qəti qadağan olduğunu əlavə edib: "Uşağı 2 ayından sonra yatırtmaq məqsədi ilə yavaş-yavaş yelləmək olar. Bəzən analar uşaqları beşiyə qoyub sürətlə yelləyirlər, hətta iki nəfər bir adyalın içinə uşağı qoyub əllərində yelləyirlər. Bu isə uşağın səhhəti üçün çox təhlükəlidir".

Müsahibimiz işlədiyi müddət ərzində belə problemlə müraciət edən xəstələrlə qarşılaşdığını da deyib: "27 illik iş təcrübəmdə bu problemlə mənə bir xəstə müraciət edib. Uşaqda beyin qanaması olmuşdu. Doğulanda normal olub və əlimizdə bütün sənədlər olduğu üçün ancaq bir şübhə yeri qalmışdı. Araşdırma zamanı aydın oldu ki, iki aylıq uşağı əzizləmək üçün onu yuxarı atıb-tutublar. Ona görə də körpənin beynində qanama baş verib. Tez-bir zamanda xəstəliyin qarşısını aldıq".

X.Quliyeva vurğulayır ki, belə qanamalar daha böyük fəsadlara da səbəb ola bilər: "Ona görə də valideynləri diqqətli olmağa çağırıram". 

Yazı işi yazan uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycanda uşaq yaradıcılığının hansı perspektivləri var?

Pediatr Xəyalə Quliyeva da deyir ki, körpələri yelləyərək yatırtmaq həqiqətən ciddi fəsadlara yol aca bilər: "Yelləmə zamanı körpə sanki hipnoz olurmuş kimi vəziyyət yaşayır. Başgicəllənmə halı yaranır və uşaq bu halla yuxuya gedir".

Həkim deyir ki, yelləmə zamanı yelləmə sürəti güclü olarsa, hətta uşaqda beyin qanamaları, beyin silkələnməsi halları da baş verə bilər. Ona görə də valideynlərə uşağın yuxuya getməsi üçün yelləmək yox, digər üsullardan istifadə etmək məsləhət görülür.

"Məsələn, uşağı uzatmaq, hər hansı bir nahiyəsini — üzünü, alının, yanağını və ya əlini sığallamaq olar. Əlinə sevdiyi əşya və ya oyuncaq vermək olar. Lay-lay oxumaq, kürəyinə ehmalca, yavaş-yavaş, çox zəif vuraraq yatırtmaq olar", — deyə pediatr əlavə edib.

Xəbər lenti
0