Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaq aqressivliyinin səbəbləri nədir?

CC BY 2.0 / Donnie Ray Jones / WindowРебенок у окна, фото из архива
Ребенок у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər qeyd ediblər ki, 2 yaşdan 4 yaşa qədər körpənin beynində əsaslı dəyişikliklər baş verir

BAKI, 25 dekabr — Sputnik. Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir. Nəzarət edilməsi mümkün olmayan davranış 2-4 yaşlı uşaqlarda daha çox müşahidə edilib. Həmin yaş həddini aşan uşaqlar vaxt keçdikcə bu barədə valideynlərinə və yaxın dostlarına danışmaqla, öz emosiyalarını idarə etməyi öyrənirlər. Lakin genetik köklər ucbatından uşağın nəzarəti mümkün olmayan aqressiv davranışı qeyri-müəyyən vaxtadək uzana bilər. 

Həmçinin mütəxəssislər qeyd ediblər ki, 2 yaşdan 4 yaşa qədər körpənin beynində əsaslı dəyişikliklər baş verir. Alimlər həmin dövrdə baş verən prosesləri və onların insan davranışına təsirini nəzərə alaraq, körpənin yeniyetmədən nə ilə fərqləndiyini araşdırmaq niyyətindədirlər.

Xəbər lenti
0