Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda uşaq yaradıcılığının hansı perspektivləri var?

© Sputnik / Mediabanka keçidYazı işi yazan uşaqlar, arxiv şəkli
Yazı işi yazan uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə sözügedən layihə çərçivəsində uşaqların iştirakı ilə çəkilmiş "Uşaq yaradıcılıq studiyası" qısametrajlı filmi də təqdim ediləcək

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr bölümündə təşkil olunan "Uşaq yaradıcılıq studiyası" və Gənc Yazıçılar Dairəsinin (GYD) yaradılmasından 10 il ötür. Gənc Yazıçılar Dairəsi, yaşının az olmasına baxmayaraq, artıq maraqlı şeirlərin, hekayə və povestlərin müəlliflərini, həmçinin özlərini bu sahədə sınamağa cəhd edən istedadlı uşaq və yeniyetmələri birləşdirir. Mövcud olduğu qısa müddət ərzində bu studiya və dairə, uşaqlarda yazı sənəti bacarıq və keyfiyyətlərinin inkişaf etdirilməsinə imkanlar yaradan kreativ bir platforma olmağı bacarıb.

Bu illər necə keçib və studiyanın hansı yeni layihələri var? Bu barədə 25 yanvar saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində layihənin təşəbbüskarları, Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının müəllimləri, həmçinin uşaqlar özləri danışacaqlar. Tədbirdə sözügedən layihə çərçivəsində uşaqların iştirakı ilə çəkilmiş "Uşaq yaradıcılıq studiyası" qısametrajlı filmi də təqdim ediləcək.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0