Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı "qanuni oğrular"ın Rusiyadakı var-dövləti milyardlarla ölçülür

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidMəhbusların daşınması üçün avtomobil, arxiv şəkli
Məhbusların daşınması üçün avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Ukrayna DİN-ləri kriminal avtoritetləri ölkədən qovmaq istəyir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Ən varlı azərbaycanlılar (bəzi məlumatlara görə, milyarderlər) arasında "qanuni oğrular" Lotu Quli, Yusif Şamxorski, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinski də var. Onların əsas gəlir mənbələri Rusiya ərazisindədir. Bu barədə məlumatları Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinin bəyanatını şərh edərkən verib.

Rusiyanın hüquq-mühafizə orqanlarının qarşısına ifrat ambisiyalı vəzifə qoyulub — "qanuni oğrular"ın ölkədən çıxarılması və kriminal elementlərdən təmizlənməsi.

Rövşən Lənkəranskinin məzarı - Sputnik Azərbaycan
"Lotu Quliyə sui-qəsd işi"ndə gəlişmə: Lənkəranskinin qardaşı Bakıya döndü

"Komsomolskaya pravda" qəzetinin məlumatına görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev kriminal avtoritetlərin ölkədən çıxarılması barədə qərar qəbul edib. Hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana yola salınmasına hazırlıq gedir. Qırğızıstana isə 43 yaşlı Kamçibek Kolbayev göndəriləcək. Bir müddət əvvəl isə Baçuka Paçuliya (Pontiyski) Rusiyadan Gürcüstana deportasiya edilib.

Rusiya DİN-i ən fəal "qanuni oğrular"ın siyahısını hazırlayıb. Onlar 432 nəfərdir. Onlardan 318 nəfəri hazırda azadlıqdadır, 114-ü həbsxanada. 31 "qanuni oğru" istintaq altında, 19-u isə axtarışdadır. Həmişə olduğu kimi, kriminal avtoritetlər arasında ilk yeri gürcülər (242) tutur. Sonrakı yerləri ruslar (51), ermənilər (30), yezdilər (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8) və yəhudilər (7) bölüşür.

Bu yaxınlarda Ukrayna Milli Polisi bildirmişdi ki, "Lotu Quli" adlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr arasında artan nüfuzundan narahatdır. 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

Bitkoin - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ukrayna polisinin başağrısına çevrilən “Lotu Quli”: Adam oğruluğuna görə bitkoin alır

"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir", — deyə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook" səhifəsində yazmışdı.

Ukrayna milli polisinin rəhbərliyi bəyan edib ki, ölkə ərazisində mütəşəkkil cinayətkar qruplaşmaların mövcudluğuna və kriminogen situasiyanın gərginləşməsinə imkan verməyəcəklər. Kriminal situasiyaya təsir göstərən şəxsləri polis Ukrayna sərhədlərindən çıxaracaq.

Hazırda Ukraynada mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsini əvəz edəcək mütəşəkkil cinayətkarlıqla mübarizə dəstələrinin yaradılması üzərində iş gedir. Əsas problemləri kriminal avtoritetlərin günahlandırılması üçün dəlillər bazasının zəif olmasıdır. Bunun üçün cinayətkar şəbəkənin üzvləri idarənin əməkdaşlarına tanıdılacaq və onlar gizli iş aparacaqlar.

İstanbul Ədliyyə Sarayı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lotu Qulini "öldürtmək istəyən" polkovnik azadlığa buraxıldı

Ukrayna Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ukrayna Milli Polisi ölkə ərazisində olan, ölkədə sabitliyin pozulması və kriminogen durumun gərginləşdirilməsi məqsədilə Ukrayna qanunvericiliyini pozan bütün kriminal elementlərlə mübarizə aparacaq. Ukrayna DİN-də də Rusiyanın analoji qurumunda olduğu kimi "qanuni oğrular"ın siyahısı var. Çünki kriminal avtoritetlər bütün MDB məkanında öz nüfuz dairələrini yaradıblar. Əldə etdiyimiz məlumatlara görə, Səlifov hazırda MDB ölkələrindəki bütün göyərti bazarlarını işğal etməyə ciddi şəkildə cəhd göstərir.

Kriminal dairələrə yaxın mənbələrin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının "qara siyahı"sındakı "qanuni oğrular" bunlardır: Nadir Səlifov (Lotu Quli), onun qardaşı Namiq Səlifov, Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski), Yunus Nəzərov (Yunus Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Diplomat Vaqif), İlqar Əliyev, Cavid Məmmədov (Dato Ağcabədinski), Taleh Dağlıyev (Tolik Noqinski), Emin Əhmədov (Emin Hacıqabulski), Rafet Əmirov (Rafet Əlibayramlinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Əli Heydərov (Albert Rıji), Yusif Əliyev (Yusif Şamxorski), Zaur Şipilov (Zaur Naxçıvanski), Ülfət Tağıyev (Rüfət Gəncinski). Onlardan İlqar Əliyev, Taleh Dağlıyev, Emin Əhmədov, Zaur Şipilov, Əli Heydərov və Ülfət Tağıyev hazırda Rusiya həbsxanalarındadırlar.

Мужчина идет по парку, украшенному к Новому году - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lotu Qulinin taleyinin həll olunduğu Yeni il gecəsinin təfərrüatı

Yunus Nəzərov hazırda Özbəkistan ərazisində yaşayır. Rafet Əmirov Türkiyədədir, lakin İnterpolun Rusiya Milli Bürosu tərəfindən axtarışdadır. Hazırda Lotu Quli də Türkiyədə yaşayır. Cavid Məmmədov Ukrayna ərazisindədir. Qeyd edək ki, onların bir hissəsi Rusiya vətəndaşlarıdır və çoxdan bu ölkəyə yerləşiblər. Siyahıdakı 51 oğru Rusiya pasportu daşıyan slavyanlar və böyük kapital sahibləridir. Onlardan Sergey Aksyonovun (Aksen İzmaylovski) vəsaiti 2 milyard dollar dəyərində qiymətləndirilir. "Bratskoy" mütəşəkkil cinayətkar qruplaşmanın lideri Vladimir Tyurinin (Tyurik) də vəsaiti 2 milyar dollar civarındadır. Digər oğruların vəsaitləri isə bir neçə on milyon dollar həcmindədir.

Bu gün azərbaycanlı "qanuni oğrular" arasında ən varlıları (milyarderlər) "Lotu Quli", Yusif Şamxorlu, Diplomat Vaqif, Albert Rıji və Rəşad Gəncinskidir. Arif Mehdiyev və Yunus Nəzərova gəlincə, onların titulları olsa da, pulları yoxdur.

Sözügedən "qanuni oğrular"ın əsas gəlir mənbələri Rusiya və digər MDB ölkələrinin ərazisindədir. Ona görə də, hüquq-mühafizə orqanlarının bu "yeraltı mədəniyyət"dən biryolluq xilas olacağı az inandırıcıdır.

Xəbər lenti
0