CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukrayna polisinin başağrısına çevrilən “Lotu Quli”: Adam oğruluğuna görə bitkoin alır

© REUTERS / Benoit Tessier / IllustrationBitkoin
Bitkoin - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna polisi azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun iştirakı ilə adam oğurluğu cinayətlərinin artdığını bildirib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Ukrayna Milli Polisi “Lotu Quli” ləqəbli azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr üzərində artan nüfuzundan narahatdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook" səhifəsində yazıb ki, "qanuni oğru"nun hərəkətləri cəmiyyətin həyatına təsir edir.

Onun sözlərinə görə, 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir" – deyə Abroskin yazıb.

Dolqoprudnı rayonundakı Veqetta iri meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan
RUSİYA
"Lotu Quli" klanı Rusiya bazarlarına nəzarəti itirir

Polis qeyd edib ki, Səlifov MDB ölkələrinin bütün göyərti bazarlarını işğal etməyə cəhd göstərir. İlk baxışdan bu, xırda görünür, amma bunun arxasında böyük pullar dayanır. Səlifov göyərti bazarını ələ keçirmək üçün qətl törətməkdə şübhəli bilinir.

Bununla yanaşı, polisin verdiyi məlumata görə, “Lotu Quli” Ukraynadan Türkiyəyə kriminal elementlərin axınını təşkil edir. Abroskin söz verib ki, kriminal avtoritetlərin ayağının Ukrayna torpaqlarına dəyməməsi üçün əlindən gələni edəcək.

Fevralın 7-də Abroskin “Realist” nəşrinə müsahibə verib və bildirib ki, bu il bir sıra "qanuni oğru" sfarişli qətllər törətməyə və adam oğruluğuna görə saxlanacaq.

Hazırda Ukraynada mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsini əvəz edəcək mütəşəkkil cinayətkarlıqla mübarizə dəstələrinin yaradılması üzərində iş gedir. Abroskin bildirib ki, əsas problemləri kriminal avtoritetlərin günahlandırılması üçün dəlillər bazasının zəif olmasıdır. Bunun üçün cinayətkar şəbəkənin üzvləri idarənin əməkdaşlarına tanıdılacaq və onlar gizli iş aparacaqlar.

Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
"Lotu Quli"nin barəsində kimsənin bilmədiyi fakt üzə çıxdı

Onun sözlərinə görə, hazırda ABŞ və Avropadan olan həmkarları ilə paralel iş aparırlar. Nəticədə sözügedən Ukrayna "qanuni oğrular"ı onların da qara siyahısına salınır. İndi "qanuni oğrular" Yunanıstan, Avstriya, Çexiyadakı bahalı villalarına gedə bilmirlər. Çünki onlara Avropaya giriş qadağandır.

Bununla belə, Abroskin Səlifovu ən qəddar cinayətkarlardan biri kimi xarakterizə edib. Polisdə olan informasiyaya görə, girovların azad edilməsi üçün adam oğruları 1 milyon dollar və ondan daha çox pul tələb edirlər. Lakin hələlik Ukraynada heç kəs açıq-aşkar Səlifova qarşı çıxmaq barədə düşünmür.

Qeyd edək ki, "qanuni oğru"lar müntəzəm olaraq Ukrayna ərazisinə daxil olurlar və onlar əsasən Şimali Qafqaz və Zaqafqaziyadan olan kriminallardır.

Xəbər lenti
0