Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə ətrafında vəziyyət gərginləşir, Ərdoğan hansı addımı atacaq?

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrində
Türk əsgərləri Afrində - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüşsüz regionlar bölgüsündə İdlibin Türkiyənin nəzarətinə verilməsi başadüşülən idi

BAKI, 20 fevral — Sputnik. Suriyada vəziyyət kritik nöqtədədir. Artıq ABŞ, İran, Rusiya və Türkiyə bu ölkədə qarşı-qarşıya gəlib. Yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının qolu olan PYD/YPG, həmçinin İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Türk əsgərləri Afrin bölgəsində - Sputnik Azərbaycan
Türklərə qarşı "Afrin tələsi": Moskvadan cavab gecikmədi

Afrin bölgəsində vəziyyət hər gün daha da gərginləşir. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD terrorçuları Suriya prezidenti Bəşər Əsəddən yardım istəyib.

Terror təşkilatının lideri Saleh Müslim Suriya hökumətinə təklif göndərdiklərini və hazırda cavab gözlədiklərini deyib. Müslim, həmçinin əlavə edib ki, təşkilatın Bəşər Əsədlə danışıqlarında Rusiya vasitəçilik edir. Saleh Müslimin "Rusiya vasitəçilik edir" açıqlamasına Moskvadan cavab gecikməyib. Kreml yayılan məlumatı təkzib edib.

"Əgər Suriya ordusu PYD terrorçularını qorumaq üçün Afrinə girsə, o zaman Türkiyə ordusunu heç kəs dayandıra bilməz". Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (Mevlüt Çavuşoğlu), Bəşər Əsədlə PYD arasında əldə olunan razılaşma iddialarını şərh edərkən deyib.

"Bu barədə yayılan iddiaları biz də eşitdik. Hələlik rəsmi açıqlama yoxdur. Suriya ordusunun Afrinə hansı məqsədlə girmək istədiyinə baxmaq lazımdır. Əgər niyyətləri PYD-li terrorçuları təmizləməkdirsə, o zaman problem yaranmaz. Yox əgər, məqsədləri PYD-yə dəstək verməkdirsə, onda türk əsgərinin Afrinə doğru hərəkətinin qarşısını heç kim ala bilməyəcək", — Çavuşoğlu qeyd edib.

Suriyanın dövlət telekanalı dünən rejimə bağlı ordunun 24 saat ərzində Afrinə daxil olacağı xəbərini yaymışdı.

Görünən budur ki, ABŞ Yaxın Şərqdə Ermənistan və İsraillə yanaşı, özlərindən asılı daha bir dövlət yaratmaq istəyir. "Kürdüstan"ın yaranması, mövcudluğu hər cəhətdən Qərbin maraqlarına uyğundur. Yəni, Qərbdən asılı Kosova dövlətinə bənzər Kürdüstanın yaradılması tam şəkildə ABŞ-ın maraqlarına xidmət edə bilər.

ABŞ "Kürdüstan"ın yaradılması üçün əlindən gələni edir. Və "Kürdüstan"ın yaradılması Türkiyənin dövlət maraqlarına ziddir, ərazi bütövlüyünə təhlükədir.

Qeyd edək ki, Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib. Tillerson konfransda çıxışında bildirib ki, ABŞ-ın YPG bölmələrinə göstərdiyi dəstək məhduddur.

Xatırladaq ki, fevralın 15-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Afrində əsgər - Sputnik Azərbaycan
Bəşər Əsədə bağlı ordu yaxın saatlarda Afrinə girəcək

Ankarada belə hesab edirlər ki, Türkiyənin Suriyaya girməsi birmənalı olaraq doğru addımdır və hərbi müdaxilə Türkiyənin geosiyasi maraqlarına xidmət edir. Türkiyə araşdırmaçılarının fikrincə, Türkiyə sərhəddə öz təhlükəsizliyini təmin edir, digər tərəfdən ABŞ-ın yardımı ilə"kürd dəhlizi"nin yaradılmasının qarşısını alacaq.

Əslində Menbiçə doğru başlanacağı ehtimal olunan hərbi əməliyyatın da kökündə dayanan əsas faktor budur. Çünki yalnız Menbiç vasitəsilə kürd terrorçuları yolu bağlamaqla bir dəhliz yaradacaq, onun vasitəsilə də gələcəkdə özlərinə çıxış təmin edəcəklər.

Türkiyənin hərbi müdaxiləsindən sonra nə Suriyada, nə də İraqda bu münaqişəni Türkiyəsiz həll etmək mümkün olacaq. Onu da qeyd edək ki, bir neçə ay əvvəl Türkiyə, İran və Rusiya rəhbərlərinin Soçi sammitində Suriyanın şimalı 4 döyüşsüz bölgəyə bölünmüş və Ankaranın payına isə İdilib düşmüşdü. Bu da təsadüfi deyildi. Rusiya və Suriya ordusu Hələb şəhərini silahlı müxaliflərdən təmizləyərkən, Türkiyə dövriyyəyə girmiş və tərəflər müxaliflərin İdilibə yerləşdirilməsində ortaq məxrəcə gəlmişdilər.

Dolayısıyla döyüşsüz regionlar bölgüsündə İdilibin Türkiyənin nəzarətinə verilməsi başadüşülən idi. Bu mənada Rusiyanın hərbi bazasına hücumun arxasında Türkiyə dayanmasa belə, hücumların İdilibdən təşkil edilməsi Ankaranın üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirə bilməməsi anlamına gəlirdi. Rusiya da bunu bəhanə edərək, hərbi bazalarındakı "S-400"-ləri bənzər müdaxilələrə qarşı açdığını bildirmişdi.

Bu isə həm də Türkiyənin Afrin əməliyyatına başlayacağı təqdirdə, hava qüvvələrindən istifadə edə bilməyəcəyi anlamına gəlir. Belə vəziyyətdə Türkiyə Afrin əməliyyatına başlamamışdan əvvəl ya Rusiya ilə dil tapmalı, İdilibə nəzarəti tam təmin etməli, ya da hərbi müdaxiləni yalnız quru qüvvələriylə həyata keçirməliydi. İdilibdəki vəziyyəti nəzarət altına almaq isə asan deyil. Ənazı ona görə ki, bu bölgədə silahlı qüvvələr tez-tez səf dəyişir və kimin hansı cəbhədə olmasını müəyyənləşdirmək çətindir.

Görünən budur ki, Türkiyə Afrin əməliyyatında hava qüvvələrindən tamamilə təcrid edilmiş vəziyyətə gətirilir. Bir sözlə, vəziyyət ağırlaşır və Ankaranın hansı addımlar atacağını da proqnozlaşdırmaq asan deyil…

Xəbər lenti
0