BAKI, 19 fevral — Sputnik. "Ordumuz bir neçə saat ərzində Afrində nəzarəti ələ alacaq". Sputnik xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
İddiaya görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib.
Nədir o şərtlər?
1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;
2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;
3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.
PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.