CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın “Formula 1”-dən əldə etdiyi gəlir açıqlanıb

© Sputnik / Murad OrujovИтоги Гран-При Европы Формула-1
Итоги Гран-При Европы Формула-1 - Sputnik Azərbaycan
Abunə olmaq
"Formula 1"-in rəhbəri Ceys Kerrinin ölkəmizdə keçirilən konfransda şəxsən iştirak etməsi onun marağını göstərir

BAKI, 15 fevral — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxtda iki il ərzində baş tutan “Formula 1” yarışlarının Azərbaycan iqtisadiyyatına göstərdiyi nəticələr haqqında hesabat verib.

Девид Култхард, стал послом Гран-при Азербайджана в этом году - Sputnik Azərbaycan
İDMAN
"Formula-1"in əfsanəsi Bakıdadır

Sputnik Azərbaycan-ın məlumatına görə, iki il ərzində Azərbaycan Qran-Prisindən gələn gəlirlər haqqında açıqlama verən Bakı Şəhər Halqasının marketinq müdiri Nigar Arpadarai bildirib ki, "Formula 1"-in rəhbəri Ceys Kerrinin ölkəmizdə keçirilən konfransda şəxsən iştirak etməsi onun ölkəmizə və keçirdiyimiz "Formula 1" yarışına marağını göstərir.

“Hətta o, çıxışı zamanı qeyd edib ki, bu il “Formula 1” yarışları arasında Azərbaycanda keçirilən yarış ən bəyəndiyi yarış olub”, – deyə N.Arpadarai vurğulayıb.

Qurum rəsmisi bildirib deyib ki, iki il ərzində — 2016-2017 illərdə Azərbaycan "Formula 1" yarışından 277,3 milyon dollar qazanc əldə edib: "Birbaşa gəlirlərin əksər hissəsi turizmdəndir. 22 milyon dollar turizmdən gəlir gəlib. 164 milyon dollar birbaşa gəlir əldə edilib. Yəni turist gələrsə, yeməyə, mehmanxanaya və s. pul xərcləyir. Bu, birbaşa gəlirlərə hesablanır. Turizm sahəsi 14.9 milyon dollar dolayı gəlirlər əldə edilib. 10000-ə yaxın iş yerimiz mövcuddur. Bu iş yerlərinin yarısı daimi, bir qismi isə mövsümi işlərdir”.

Arpadarai “Formula 1” yarışında 5000 gəncin könüllü olaraq iştirak etdiyini də əlavə edib.

Formula 1 Azərbaycan Qran-Prisinin son günü - Sputnik Azərbaycan
FOTO
Formula 1 Azərbaycan Qran-Prisinin yekunları

Arpadarai onu da deyib ki, bu yarışların 500 milyon azarkeşi televiziya vasitəsi ilə Azərbaycan haqqında məlumat əldə edib: “Eyni zamanda, ən məşhur media orqanları Azərbaycan Qran-Prisi haqqında məlumat yazaraq, milyonlarla insana Azərbaycan haqqında məlumat verir. Dünyada Azərbaycan Qran-Prisi haqqında 112 milyon məqalə dərc olunub. Bunların 36,5 faizi müsbət, 5,6 faizi neqativ, 57 faizi isə neytraldır. 2017-ci ildə bilet satışı 30 faiz çoxalıb. Xarici turistlərin bilet alması 2016-ci ilə nisbətən 2 dəfə artıb”.

“Bu da yarışa marağın  çox olması deməkdir. Əgər biz gəlir əldə ediriksə, demək, uğurlu yoldayıq. Birinci il gəlirlər ödənmir, amma növbəti ildən gəlir əldə etmək mümkün olur. Sponsorla, gəlirlər və bu kimi məsələlərlə bağlı müqavilədə dəyişiklik olması üçün “Formula 1” rəhbərliyinə müraciət edəcəyik. Çünki rəhbərlik də, qaydalar da dəyişib. Burada köhnə qaydaları saxlamaq çətindir. Bir sözlə, həm biz, həm “Formula 1” rəhbərliyi Azərbaycan Qran-Prisinin uzun müddətli olmasında maraqlıdır”, – deyə Arpadarai vurğulayıb.

Xəbər lenti
0