CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin Xankişiyevə cavabı: Dolmaya, "Napoleon"a və həqiqətə görə qadağa

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidStalik Xankişiyev
Stalik Xankişiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur Azərbaycan kulinarı Stalik Xankişiyev Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan yeməklərinin ermənilər tərəfindən mənimsənildiyi barədə həqiqətləri milyonlarla insana çatdırmaq üçün hər şeyə əl atmağa hazırdır

BAKI, 25 yanvar — Sputnik. Rusiyada məşhur olan azərbaycanlı kulinar, yazıçı, NTV kanalındakı "Daçnıy otvet" (Bağ cavabı) verlişinin kulinariya rubrikasının aparıcısı Stalik Xankişiyev öz Facebook səhifəsindəbloqunda ilk növbədə erməni həmkarlarına yönəlmiş, onları sağlam diskussiyaya çağıran postlar və açıq məktublar paylaşır. Yerevandan olan həmkarı Sedrak Mamulyana yazdığı növbəti açıq məktubdan sonra Facebook administrasiyası tərəfindən 30 gün müddətinə bloklanıb. Bu barədə Sputnik Azərbaycan-a Xankişiyev özü danışıb.

— Stalik Hüseynoviç, erməni tərəfini açıq dialoqa çağırmaq bir nəticə vermədi. Biz onların cavabını qadağan edilmiş "Facebook" səhifəsi şəklində gördük. Görünür, siz onların yaralı yerinə toxunmusunuz. 

Долма - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
UNESCO "dolma münaqişəsinə" son qoydu

— Ondan başlayım ki, mən polemik məqalə yayımlamışdım. O məqalədə hansısa millətçiliyin, münaqişələrin alovlandırılmasının, xüsusilə də ermənilərə qarşı nifrətə çağırışın əlamətləri yox idi. Mesaj sadəcə bir idi — erməni kulinarları bizim regional və milli xörəklərin, eləcə də dolmanın mənşəyi ilə bağlı məsələlərin müzakirəsinə çağırmaq. Mən konkret şəxsə — son vaxtlar Rusiya mətbuatına verdiyi müsahibələrdə Rusiya ictimaiyyətinə bir çox yeməklərin mənşəyi barədə dezinformasiyalar verən Sedrak Mamulyana müraciət etmişdim. Bir sözlə, yalan və fantaziyalara. Diskussiyalara onun bir neçə dostları qoşuldu. Onlar mənim ünvanıma təhqir və hədələr yağdırdılar. Mamulyan özü isə diskussiyadan imtina etdi. Maraqlıdır ki, o, diskussiya aparmağı bacarmır, amma müsahibə verməyə bir candır.

Diskussiya baş tutmadı. Amma mənim məqalələrim gözlərinə batdı. Əlbəttə, mənim sosial şəbəkədəki səhifəmin bloklanmasında onların əli var idi. Onlar Facebooka mənimlə bağlı şikayət məktubları göndərdilər. Bununla da təbiətən böhtançı olduqlarını bir daha sübut etdilər. Əlbəttə, əgər hər hansı hüquq pozuntusu olsaydı, şikayət etmək olardı. Mənim məqaləmdə nə Rusiyanın, nə Azərbaycanın, nə də, hətta Ermənistanın qanunlarını pozduğumu görməzsiz. O qəbilədən olan donoslar görün nə qədər olub ki, "Facebook" administrasiyası mənim səhifəmi 30 gün müddətinə bağlayıb.

— Bəs siz indi bu 30 gün müddətində nə etmək fikrindəsiniz?

— Dayanmağa hazırlaşmıram, bu, mənim işim, mənim həyatımdır. Allah eləməmiş, nə vaxtsa ölsəm, onda dayanacam (gülür). 

YUNESKO-nun şah əsərləri sırasına daxil edilmiş Azərbaycan inciləri - Sputnik Azərbaycan
VİDEO
YUNESKO-nun şah əsərləri sırasına daxil edilmiş Azərbaycan inciləri

Artıq bütün dostlarımdan xahiş etmişəm ki, mənim "Facebook"un qadağası ilə bağlı — Napoleon üzərində qələbəyə görə 30 günlük qadağa cavabımı paylaşsınlar. Hazırda mənim sosial şəbəkədə yalnız bir meydançam qalıb — bu da "LiveJournal"dır. Təəssüf ki, "LiveJournal" 72 min oxucumun olduğu "Facebook" qədər populyar deyil. Bununla belə, mən bu işin vacibliyini anlayan bütün dostlarımdan xahiş edirəm ki, milli kulinariyamızın dəstəklənməsi ilə bağlı zaman-zaman "LiveJournal"da çıxan məqalələrimi öz şəxsi "Facebook" səhifələrində paylaşsınlar. Onlar 70 min insanın həqiqətləri oxumasından qorxurdular, amma indi elə etmək lazımdır ki, onu milyonlar oxusun.

— Məqsəd əlbəttə ki, hədəfə çatmaqdır. Bu, nəyi ifadə edir?

— Həqiqətlərin yayılmasını. Bu, təkcə Azərbaycan xalqına məxsus dadlı reseptlərin yayılması deyil. Mən dezinformasiya və yalanların yayılmasının qarşısını almağa çalışıram. Təəssüf ki, Azərbaycanda özünü intellektual adlandıran bir sıra insanlar mənim apardığım işin önəmini, məqsədini anlamırlar, məni qınayırlar, gördüyüm işin miqyasını kiçildirlər, amma yenə də burada dolma ilə bağlı mübahisə edirlər.

Unutmayın ki, dolma Azərbaycan xalqının qeyri-maddi mədəni irsidir. Ermənilər öz təbliğatlarını konkret tapşırıqlar və məqsədlər üzərində qururlar ki, Azərbaycan xalqını insanlıqdan kənar xalq kimi qələmə versinlər və ətrafı inandırsınlar ki, Azərbaycan xalqının heç bir mədəniyyəti yoxdur, amma hətta kulinariyadan danışır. Xalçalar ermənilərin, musiqi ermənilərin, xörəklər ermənilərin, biz isə Altaydan gəlmişik və Qara dənizdən Neft daşlarına qədərki əraziləri boşaltmalıyıq. Əks təqdirdə niyə 30 ildir yalan söyləyirlər?

Bəs millət nədir? Bu, müəyyən bir ərazidə yaşayan, bəlli bir dildə danışan və ümumi mədəniyyəti olan sabit bir insan toplusudur. Ərazilərimizin əhəmiyyətli bir hissəsini qoparıblar, dil isə təəssüf ki, bu gün birləşdirici amil deyil. Biz bir xalq olaraq təhlükədəyik — ərazilərimizi itirmişik, dilimizi itiririk, indi də növbə mədəniyyətə çatıb ki, onu da bizdən oğurlamağa cəhd edirlər. Mənim heç bir şübhəm yoxdur ki, bununla mübarizə aparmaq lazımdır. 

Cəbhə kəndlərinin yol problemi - Sputnik Azərbaycan
QARABAĞ
Erməni tərəfinin böyük yalanı ifşa olundu

— Stalik Hüseynoviç, mübarizənizi təkbaşına aparırsınız, yoxsa dəstəyiniz var?

— Bəli, bir neçə adam var ki, onlar mənə real kömək edirlər, məqalələrimi yayırlar, onları müsbət tərəfdən şərh edirlər, başqalarını bu məqalələrin məzmunu ilə tanış edirlər, çalışırlar ki, gənclərə nə baş verdiyini anlatsınlar. Bütün mübahisələr sosial şəbəkələrdə gedir, amma bizim gənclərimiz arqument tapa bilmirlər. İstənilən postu erməni istifadəçilər təhqirlə şərh edirlər, təxribat edirlər və inanın nəticə də əldə edirlər. Bizimkilər onların relsləri üzərində hərəkət edirlər və belə alınır ki, onlar məqam düşdükcə qarşılıqlı təhqirə keçirlər.

Mən isə gənclərə öyrətmək istəyirəm ki, heç kəsi təhqir etmək lazım deyir, arqumentlər gətirmək lazımdır. Bütün dünya bilir ki, dolma türk sözüdür. Bütün ciddi nəşrlərdə və "on-line" məqalələrdə bu yeməyin harada yarandığı göstərilib. Əldəki arqumentlərlə danışmaq lazımdır. Görün onda onlar necə qorxurlar!

— Bəs biz indi nə etməliyik? Azərbaycan mətbəxini populyarlaşdırmaq üçün hansı addımlar atılmalıdır?

— İndi mənim deyəcəklərim ölkə ərazisində yaşayan azərbaycanlılardan çox, xaricdəki diasporumuza aiddir. Lakin istəyirəm ki, ölkədəkilər də bu mübarizəni xırda iş saymasınlar. İnanın, belə şeylərin üzərindən keçmək olmaz və dolma da xırda iş deyil.

Rusiya ərazisində yaşayan və daxili çəkişmələr ucbatından genişmiqyaslı qüvvəyə çevrilməyən böyük diaspor və xaricdə yaşayan hər kəs öz ölkəsinin səfiri olduğunu yadda saxlamalıdır. Məsələn, restoranlar açırlar və menyuda Azərbaycan yeməkləri olduğunu yazmaqdan çəkinirlər. Bəziləri bildirirlər k, ermənilərlə eyni səviyyəyə düşmək lazım deyil, onlar istənilən təamın qarşısında "erməni" sözünü yazırlar. Çexiyada satılan erməni "Napoleon" tortu yadınızdadır? Razıyam, onların səviyyəsinə düşmək lazım deyil, lakin öz yeməklərimizi Azərbaycan təamları kimi təqdim etmək düzgündür. 

Qarabağın göyərti kətəsinin resepti - Sputnik Azərbaycan
VİDEO
Qarabağın göyərti kətəsinin resepti

Azərbaycan lavaşının YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına düşməsinə baxmayaraq, bu gün Rusiyada çoxları əmindir ki, lavaş ermənilərindir. Bütün bunlar çoxillik yalan və etiketlərin sayəsindədir.

Biz isə öz növbəmizdə bu və ya digər təamı özümüzünkü adlandırmağa çəkinirik.

— Sizin fikrinizcə, YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısının mübahisələrin bitməsində səmərəsi var və ya təam müharibələrinin sonu olacaqmı?

— YUNESKO-nun siyahısı şübhəsiz ki, yaxşı fikirdir və fikrimcə, bu istiqamətdə işi davam etdirmək lazımdır. Yeri gəlmişkən, ermənilər artıq YUNESKO-nu da satılmış təşkilat elan ediblər.

Düşünmürəm ki, yaxın gələcəkdə nəsə dəyişəcək. Biz mədəniyyət və təamlar sahəsində müharibəyə başlamamışıq. Lakin razılaşın ki, indi təslim olmaq və geri çəkilmək düzgün deyil!

Xəbər lenti
0