Quba rayonunda keçirilməsi nəzərdə tutulan "I Xalça festivalı" da məhz Azərbaycan xalçasının dəyərinin dünya xalqlarına çatdırılması, eyni zamanda ölkəmizdə mövcud olan böyük xalçaçılıq məktəbinin daha da inkişaf etdirilməsi həmçinin ölkə daxilində və xaricində yeni əlaqələrin qurulması və bu qiymətli sənət növünün uzun illər bundan sonra yaşadılmasına dəstək olmaq məqsədi daşıyır.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonun müxtəlif kəndlərində toxunan xalçalar nümayiş etdirilib. Xalçalarda Şimal regionunda yaşayan azsaylı xalqların adət-ənənələri əks olunub.
Festivalda əntiq Quba xalçalarının satış sərgisi həyata keçirilib. Tədbir böyük konsert proqramı ilə başa çatıb.