CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bir çox milli komandaların idmançıları bizim yetirmələrimizdir"

© © Foto N,Lahıcov tərəfindən təqdim olunubTəhsil İdman Mərkəzinin direktoru Natiq Lahıcov
Təhsil İdman Mərkəzinin direktoru Natiq Lahıcov - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Lahıcov: "Hətta idman akademiyasını bitirən öz gənc kadrlarımız məktəblərimizdə məşqçi-müəllim kimi fəaliyyət göstərir"

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan idman ölkələri sırasına öz adını qızıl hərflərlə yazdıra bilib. Buna, demək olar, hər il dünya, Avropa və digər beynəlxalq yarışlardan qazanılan qızıl, gümüş və bürünc medallar sübutdur. Peşəkar idmançı olmaq üçün isə illərlə məşq edib o pilləyə çatmaq lazımdır. Bu, nəzərə alınaraq Təhsil Nazirliyinin nəzdində Təhsil İdman Mərkəzi yaradılıb və sözügedən mərkəzin sayəsində onlarla peşəkar idmançı yetişib.

İdman Nazirliydə ilin yekunlarına həsr olunmuş tədbir - Sputnik Azərbaycan
İDMAN
İdman aləminin ən yaxşıları mükafatlandırıldı

Sputnik Azərbaycan-ın əməkdaşı mərkəzin uğurları və işləri ilə yaxından tanış olmaq məqsədilə Təhsil İdman Mərkəzinin direktoru Natiq Lahıcovla həmsöhbət olub.

- Təhsil İdman Mərkəzi hansı məqsədlə yaradılıb?

— Respublika Təhsil İdman Mərkəzi Təhsil Nazirliyi sistemində idman yönümlü idarəetmə qurumudur. Mərkəzin yaranmasının əsas səbəbi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən "Uşaq gənclər idman və şahmat məktəblər"inin fəaliyyətinin əlaqələndirilməsi, onlara medotodiki köməklik göstərilməsi, Təhsil Nazirliyində fəaliyyət göstərən 29 idman növünün inkişaf etdirilməsi üçün perspektivli gəncləri aşkarlamaq, onları peşəkar idmana yönəltməkdir. Bizim əsas məqsədlərimizdən birincisi təhsil alan şagirdlərin idmana cəlb edilməsidir. Çünki ancaq oxumaq uşağa stress yaradır, bu stressdən xilas olmaq üçün şagirdlər məşq edərək uğur qazana bilir. Beləliklə, şagirdlər pis vərdişlərdən uzaq olurlar.

- Yaxşı idmançının yaxşı təhsil almasını həmişə təbliğ edirik. Amma peşəkar idmançının yaxşı təhsil almaq üçün vaxtı olmur…

Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlılar bu idman növlərinə maraq göstərirlər

— Belə bir deyim var: "Sağlam bədəndə sağlam ruh olur". Əgər şagirdin fiziki göstəriciləri yerində deyilsə, onun təhsil almasında da problemlər yarana bilər. Uşaq tam gümrah olmalıdır ki, aha yaxşı təhsil ala bilsin. Bu da uşağın gündəlik rejimindən asılıdır. Bizim idman məktəblərinin əsas fəaliyyəti dərsdən sonrakı saatları əhatə edir. Həm də bu məşğələlər hər gün yox, həftədə 2-3 dəfə nəzərdə tutulur. Belə şagirdlərin psixoloji durumu yaxşı olur, dərslərini daha yaxşı oxuyurlar. Şagirdin özündə inam yaranır. Bir sözlə, uşaqları stressdən uzaq tutmaq üçün idman ən yaxşı təsir vasitəsidir.

İdmanla məşğul olmaq deyəndə, hər uşağa fərdi şəkildə keyfiyyətlərinə görə qiymət veririk. Elə olur ki, ilin əvvəlində 500-1000 nəfər uşaq idmana başlayır. Amma ilin sonunda onlardan cəmi 20-30 faiz şagird peşəkar idmana gedir. Hətta peşəkar məşqlərdə 5-6 nəfər qalıb sona kimi məşq edərək peşəkar idmançı olur. Bizim məqsədimiz odur ki, bütün uşaqlar idman ilə məşğul olsun.

- Bu məktəblərə şagirdləri necə cəlb edirsiniz?

— İdman məktəblərinə müraciət edən uşaqların sayının çox olması üçün həm məktəblərdə təbliğat işləri aparırıq, həm də ildə bir neçə dəfə böyük yarışlar təşkil edirik ki, uşaqlar idman keyfiyyətlərini özündə kəşf edə bilsinlər. Bəzən idman yarışına qoşulan uşaqlar özlərində bu idman növünün alındığını görüb bizim idman məktəblərinə yazılırlar. Hətta yarışlar keçirdiyimiz idman növləri vardır ki, onlarda artıq şagird qəbulu üçün yer yoxdur.

- Amma sizin fəaliyyətiniz digər cəmiyyətlərin yanında kölgədə qalır…

Руководитель отдела маркетинга и коммуникаций операционной компании Baku City Circuit Нигяр Арпадараи - Sputnik Azərbaycan
İDMAN
"Çalışırıq ki, hər kəs bu idman növünün ab-havasını hiss edə bilsin"

— Elədir. Bizim fəaliyyət haqqında az danışırlar. Amma, demək olar, bütün Olimpiya idman növləri üzrə milli komandaların əsasını Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən idman məktəblərinin idmançıları təşkil edir. Sadəcə biz idmançını sona kimi adımızda saxlaya bilmərik. Sonra hazır idmançıları tanınmış idman cəmiyyətləri öz idmançısı kimi götürürlər və nəticədə o cəmiyyətin adından iştirak edir.

- Hansı komanda və hansı idmançılar sizin yetirmənizdir?

— Həndbol, basketbol və voleybol üzrə milli yığmanın üzvləri, demək olar, ancaq bizim yetirmələrimizdir. Toğrul Əsgərov kimi Olimpiya çempionumuz bizim məktəbin idmançısı olub.

- Cəmiyyətlər idmançılarına maaş verir ki, onlar daha çox həvəslənib uğur qazansınlar. Sizdə də belədir?

— Yox. Biz axı idmançıya ilkin mərhələdə yardımçı oluruq. Bəzi yarışlara göndərərək təcrübə toplamalarına və peşəkar idmançı kimi yetişmələrinə yardımçı oluruq. Eyni zamanda ildə bir neçə dəfə həvəsləndirici hədiyyələr və pul mükafatı veririk. O, peşəkar olandan sonra artıq milli komandada maaş alaraq işləyir. Gələcəkdə bu haqda müqavilə bağlayacağıq. Hər hansı cəmiyyət bizim idmançıları öz adlarına keçirərsə, müqabilində bizə hər hansı dəstək olmalıdırlar. Bir sözlə, yeni müqavilələr bağlayacağıq.

Национальный олимпийский комитет Азербайджана - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanda idman sahəsinə yönəlik radikal qərar - "Yaralı yerimiz" gündəmdə

- Ancaq Olimpiya idman növləri üzrə məşqlər keçirilir? Yoxsa digər idman növlərinə də üstünlük verilir?

— Biz məşqlərə uşaqlarla keçirilən sorğu əsasında üstünlük veririk. Uşaqların kütləvi şəkildə o idman növünə marağı olmalıdır.

- Uğurlu idmançılara təhsildə nə kimi güzəşt olunur?

— Çempion adını qazanmış idmançılar İdman Nazirliyinin nəzərində olur və mükafatlandırılırlar. Amma güzəşt bir qədər çətindir. Yeganə olaraq İdman Akademiyasına daxil olmaq üçün güzəşt var, digər universitetlərdə belə hallar yoxdur. Hətta İdman Akademiyasını bitirən öz gənc kadrlarımız məktəblərimizdə məşqçi-müəllim kimi fəaliyyət göstərir. Biz tələbələrimizə belə şərait yaradırıq.

Xəbər lenti
0