BAKI, 25 dekabr — Sputnik. Bu gün Gənclər və İdman Nazirliyi idman yarışları ilə bol olan 2017-ci ilə yekun vurub. Sputnik Azərbaycan xəbər verir ki, bu il keçirilən yarışlarda fərqlənən idman mütəxəssisləri nazirlik tərəfindən mükafatlandırılıb. Tədbirdə ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, digər nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.
İlin ən yaxşı idmançıları:
Məhəmmədrəsul Məcidov (boks)
Hacı Əliyev (sərbəst güləş)
Milad Harçeqani (taekvondo)
Hidayət Heydərov (cüdo)
Bəhrəm Rəcəbzadə (kikboksinq)
Mariya Stadnik (güləş)
İlham Zəkiyev (paracüdo)
Nazim Babayev (atletika)
Mixail Malkin (gimnastika, tamblinq)
Şəhriyar Məmmədyarov (şahmat)
Rəşad Sadıqov (futbol)
Ruslan Lunyov (güllə atıcılığı)
İlin ən yaxşı məşqçiləri:
Rəşad Əhmədov (taekvondo)
Elçin İsmayılov (cüdo)
Ziyad Xəlifəyev (atletika)
Faiq Qarayev (voleybol)
Qurban Qurbanov (futbol)
İlin ən yaxşı idman hakimləri:
Fariz Hüseynov (cüdo)
Fuad Aslanov (boks)
Vüqar Ələsgərov (atletika)
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə:
Azərbaycan Voleybol Federasiyası
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
İlin ən yaxşı federasiyası:
Azərbaycan Cüdo Federasiyası
İlin ən yaxşı idman təşkilatı:
"Neftçi" İdman Klubu
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti
"Zirvə" İdman Klubu
İlin ən yaxşı idman qurğusu:
Tovuz Olimpiya İdman Kompleksi
Şəmkir Olimpiya İdman Kompleksi
Şirvan Olimpiya İdman Kompleksi
Tofiq Bəhramov adına Respublika stadionu
İlin ən yaxşı klub komandası:
"Qarabağ" (futbol)
İlin ən yaxşı komandası:
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması
İlin ən fəal idman veteranı:
Məryam Bağbanlı
İlin idman həkimi:
Rövşən Muradov (taekvondo)
İlin ən yaxşı Uşaq Gənclər İdman Məktəbi:
Mingəçevir şəhər UGİM
İlin ən yaxşı idman jurnalisti:
Sərxan Musalı (Futbol+)
İlin ən yaxşı media layihəsi:
"İdman hamı üçün" (Space TV)
İlin ən yaxşı idman agentliyi:
SİA
İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı:
AzTV